“Orta Asiya ölkələrindən və Rusiyadan Suriyaya döyüşmək üçün gedənlərin sayı artır”
Tarix: 23.10.2014 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


"Hazırda Suriyada beynəlxalq terror təşkilatlarının tərkibində MDB ölkələrinin 1500-dən çox vətəndaşı döyüşür".
Bunu MDB ölkələri Antiterror Mərkəzinin sədri, general-polkovnik Andrey Novikov deyib.
Onun sözlərinə görə, bu gün Suriyada bir çox dövlətlərin vətəndaşları döyüşür: "Biz onları beynəlxalq terrorçu qruplar adlandırırıq. MDB ölkələrinin vətəndaşları da Suriyadakı münaqişədə muzdlu döyüşçülər kimi iştirak edirlər. Orta Asiya ölkələrindən və Rusiyadan Suriyaya döyüşmək üçün gedənlərin sayı artmaqdadır. Bizdə olan məlumatlara görə, Suriyada bu gün beynəlxalq terrorçu təşkilatların tərkibində MDB ölkələrinin 1500-dən çox vətəndaşı döyüşür. Biz MDB ölkələrindən olan vətəndaşların dini təhsil almaq adı ilə öz ölkələrini tərk etdiklərini müşahidə edirik. MDB dövlətləri üçün qaynar nöqtələrdə döyüş təcrübəsi qazanmış gənclərin geri qayıtması, onların konstitusiya təməllərinə qarşı pozuculuq fəaliyyəti ciddi problemdir".

Antiterror Mərkəzinin rəhbəri bildirib ki, MDB ölkələri bu təhlükəyə qarşı mühüm tədbirlər görür: "Suriya, Əfqanıstan, Pakistan və digər "qaynar nöqtələr"də terrorçu qrupların tərkibində döyüşən vətəndaşlar siyahıya alınır. Onlar barəsində cinayət məcəllələrinin müvafiq maddələrinə əsasən təhqiqat aparılır".
Andrey Novikovun sözlərinə görə, artıq Antiterror Mərkəzinin xüsusi məlumat bankında müxtəlif informasiya toplanır. Burada ölkə xaricində terrorçu qrupların tərkibində vuruşan şəxslərə dair gizli məlumatlar da yer alır.

Beynəlxalq ictimaiyyətin muzdluların terrorçu fəaliyyətinə qarşı mübarizəsini yüksək qiymətləndirən A. Novikov bildirib ki, aparılan mübarizədə prioritet istiqamət dövlətlərin hüquqi-normativ bazasının yenilənməsi və onların həyatın reallıqlarına uyğunlaşdırılmasıdır: "Beynəlxalq hüquq normalarının muzdlu döyüşçülərlə bağlı mühüm hissəsi köhnəlib və beynəlxalq terrorçu qrupların fəaliyyətlərini özündə əks etdirmir. Bu gün dövlətlər muzdla döyüşlərdə iştiraka görə cinayət məsuliyyəti problemini milli qanunvericilik çərçivəsində həll edirlər. MDB ölkələrindən Rusiya, Azərbaycan, Qazaxıstan və digər ölkələrin qanunverici orqanları bu yolla gedirlər. Bu sahədə beynəlxalq hüquqi standartların yenilənməsi tələb olunur".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info