Davudoğlu Kobaniyə qoşun göndərilməyəcəyini dedi
Tarix: 23.10.2014 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Türkiyə Suriyanın Kobani şəhərinin “İŞİD” yaraqlılarının nəzarəti altına düşməsini istəmir, lakin bununla yanaşı, Ankara həmin şəhərin müdafiəsi üçün qoşun göndərməyəcək. Bu barədə cümə axşamı Türkiyənin “Milliyyət” qəzeti Baş nazir Əhməd Davudoğlunun bəyanatına istinadən yazır.
Baş nazir Suriyanı, eləcə də Kobani şəhərini dünyanın lider dövlətlərinin geosiyasi oyununda şahmat fiqurlarına bənzədib.
Onun sözlərinə görə, Ankara Kobani şəhərinin əhalisinə və şəhəri müdafiə edən qüvvələrə kürd silahlı birləşmələrinin ("Peşmərgə") şəhərin müdafiəsi üçün Türkiyə ərazisindən Suriyaya keçməsinə imkan verməklə kömək edib.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"nin (xüsusi təyinatlı ordu hissələri) ölkə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edib.
Kürdlərin yaşadıqları Kobanidə kürd qruplaşmaları ilə “İŞİD” yaraqlıları arasında döyüşlər gedir. Şəhər qismən bu terrorçu təşkilatın yaraqlılarının nəzarəti altındadır.
Bildirilir ki, Kobanidən Türkiyə ərazisinə 150 mindən artıq qaçqın keçib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info