“Əfqanıstanda müxtəlif sektorlara bir-iki milyard dollar sərmayə yatırmaq niyyətindəyik“
Tarix: 23.10.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Əfqanıstana sabitlik, tərəqqi və çiçəklənməni təmin etmək üçün hərtərəfli dəstək verməyə və infrastrukturun yaradılmasında müəyyən rol oynamağa hazırdır. Bunu Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov deyib.
Diplomatın sözlərinə görə, Azərbaycan hökuməti Əfqanıstanın yol infrastrukturu, energetika, sənaye və digər sahələrinə investisiyalarını genişləndirməyə hazırdır.
Daha əvvəl hökumət tikilməli olan obyektlərin siyahısının təqdim edilməsi üçün Əfqanıstan tərəfinə sorğu göndərmişdi.
D.Şikarov qeyd edib ki, Əfqanıstanda keçirilmiş prezident seçkilərindən sonra ölkədə müvəqqəti olaraq əvvəlki hökumət fəaliyyət göstərir: "Nazirlər Kabinetinin yeni tərkibi formalaşan kimi tərəflər gələcək investisiya layihələrini nəzərdən keçirəcəklər".
Azərbaycanlı sərmayədarlar artıq beş ildir Əfqanıstana investisiya yatırırlar.
Səfir daha əvvəl bildirib: "Beş il əvvəl azərbaycanlı investor öz əfqanıstanlı tərəfdaşı ilə birgə Əfqanıstanda neft emalı sahəsinə 30 milyon dollar sərmayə yatırıb. Yaxın gələcəkdə Azərbaycanın özəl və dövlət sektorlarının planları əsasında Əfqanıstanda müxtəlif sektorlara bir-iki milyard dollar sərmayə yatırmaq niyyətindəyik".
Hazırda Məzari-Şərifdə həm əfqan, həm də azərbaycanlı investorların sərmayələri əsasında NEZ istifadəyə verilib.
Qeyd edək ki, bu həftə Kabulda İstanbul prosesi çərçivəsində Əfqanıstanın inkişafına həsr olunmuş müzakirələr aparılacaq. Azərbaycan bu görüşdə səfir səviyyəsində təmsil olunacaq. Diplomatlar, həmçinin oktyabrın 31-də Pekində keçiriləcək prosesin iştirakçı ölkələrinin XİN rəhbərlərinin IV konfransının gündəliyini müzakirə edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info