“Dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə çalışmaq lazımdır”
Tarix: 23.10.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


“Hazırda Azərbaycanda dərmanlara vahid qiymətinin tətbiqi məsələsi üzərində iş gedir”. Bunu baş nazirin müavini Əli Əhmədov deyib. Baş nazirin müavini bildirib ki, dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə çalışmaq lazımdır: “Dünyanın əksər ölkələrində belədir və güman edirəm ki, Azərbaycan da bu yolla getməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb və işlər görülüb. Biz çalışmalıyıq ki, insanların ala bilməsi üçün dərman preparatlarının qiymətləri optimal olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycanda dərman preparatları istehsal olunmur və dərmanlar əsasən ölkəyə idxal olunur. Elə etmək lazımdır ki, sahibkarlar da o dərmanları ölkəmizə gətirməyə maraqlı olsunlar. Burada iki tərəfin marağı nəzərə alınmalıdır. Birincisi sahibkarın, çünki bu maraq nəzərə alınmasa, sahibkar dərmanları Azərbaycana gətirmək istəməyəcək. İkincisi isə vətəndaşın marağı nəzərə alınmalıdır. Bu iki marağın uzlaşdırılması o qədər də asan deyil. Amma bu istiqamətdə işlər gedir və yaxın zamanda bunun şahidi olacağıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info