Sədərək və Kəngərlidə keçirilən əmək yarmarkalarında 43 nəfər işə göndəriş alıb
Tarix: 23.10.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Sədərək və Kəngərli rayonlarında keçirilən növbəti əmək yarmarkalarında 43 nəfər işə göndəriş alıb. Sədərək Rayon Məşğulluq Mərkəzində təşkil olunan tədbirdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, muxtar respublikanın bütün bölgələrində, eləcə də Sədərək rayonunda mütəmadi olaraq keçirilən əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif edilməsi ilə yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması da təmin edilir.
İşaxtaran Rəşad Qurbanov tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd edib ki, əmək yarmarkaları rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırır.
Altı müəssisədən 77 boş iş yerinin çıxarıldığı yarmarkada 12 nəfər işə göndəriş verilib.
Analoji tədbir Kəngərli rayonunda da keçirilib. Yarmarkaya 10 dövlət və özəl müəssisədən 60 boş iş yeri çıxarılıb, 31 nəfərə işə göndəriş verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info