Əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində əməliyyat nəzarət tədbirləri davam etdirilir
Tarix: 23.10.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Muzdlu işə cəlb edilmiş şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən aparılan təsirli tədbirlərə, eləcə də işəgötürənlər arasında təbliğatın və maarifləndirilmə işlərinin gücləndirilməsinə baxmayaraq, bəzi işəgötürənlər hələ də işçilərlə əmək müqavilələri bağlamadan və iş yerlərini rəsmiləşdirmədən vətəndaşları müxtəlif işlərin görülməsinə cəlb etməklə, mövcud qanunvericiliyin tələblərini pozurlar.
Vergilər Nazirliyi tərəfindən əmək münasibətləri sahəsində həyata keçirilən əməliyyat nəzarət tədbirləri nəticəsində Binəqədi rayonunda yerləşən, Zülfüqarov Samir Sənan oğluna məxsus idman-əyləncə mərkəzinin tikintisində 20 nəfərin, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən, Qarahmədov Elxan Cəmi oğluna məxsus otel tikintisində isə 27 nəfərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilib işçilərdən alınıb izahatlardan aydın olub ki, onların tikinti obyektlərində xeyli müddət işləmələrinə baxmayaraq, heç biri ilə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı rəsmiləşdirmə işləri aparılmayıb. Bundan əlavə, hər iki şəxsin vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da müəyyən edilib və hər iki faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kişmişi idxaldan ixrac məhsuluna çevirməliyik
22.08.2019
“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək
22.08.2019
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22.08.2019
Yunəyirici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir
22.08.2019
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info