“Azərbaycan bizim üçün strateji baxımdan Şərq və Qərb arasında körpü rolunu oynayır”
Tarix: 23.10.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


“Almaniya xarici işlər naziri ilə təkbətək və geniş tərkibli görüşdə hər iki ölkə üçün böyük maraq doğuran məsələlər müzakirə olunub”.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə birgə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxın olub və bu istiqamətdə əməkdaşlıq davam etdirilməlidir: “Görüşdə regional məsələlər, Suriya, Türkiyə, İran, Ukrayna məsələləri müzakirə edilib. Həmçinin təhsil sahəsində əməkdaşlığa da toxunulub”.
F.V.Ştaynmayer isə qeyd edib ki, Almaniya Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən bütün ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyir: “Azərbaycan bizim üçün strateji baxımdan Şərq və Qərb arasında körpü rolunu oynayır, həmçinin enerji baxımından vacib ölkədir. İqtisadi münasibətlərimiz dərin və genişdir. Cənub Qaz Dəhlizi tək gələcəyə yönələn yox, həm də iddialı bir layihədir və ikitərəfli əməkdaşlığımıza böyük perspektivlər açır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info