“Azərbaycan tarixində bu günədək heç zaman şiələrlə sünnilər arasında qarşıdurma olmayıb“
Tarix: 23.10.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


"Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcəyik. Onların iqtisadi bazasını məhv edəcəyik. İdeoloji bazası ilə mübarizə isə dindarların işidir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən müşavirədə bildirib.
DQİDK sədri deyib ki, İslam dünyasının içində problemlər yaratmaq istəyən qüvvələr var. İslamın yayılmasını istəməyən qüvvələr müxtəlif vasitələrlə buna mane olmağa çalışıblar: "Harda qan tökülürsə, orada müsəlman görürük. Dünyadakı münaqişələrin 60 faizi müsəlman ölkələrindədir. İslam ölkələrində radikal qruplar, yeni cərəyanlar yaradaraq İslamı içindən dağıtmaq istəyirlər. Onlar həm şiəliyə, həm sünniliyə, bütövlükdə İslama qarşıdırlar".
M.Qurbanlı "İŞİD" terrorçularının əməllərinə də münasibət bildirib və onu yolverilməz adlandırıb: "Bizdə olan məlumatlara və kəşfiyyat məlumatlarına görə, “İŞİD” deyilən qruplaşmada kənardan gələnlərin içində azərbaycanlılar ən az sayda olanlardır".
Onun fikrincə, Azərbaycanda hamı, o cümlədən din xadimləri bu cür radikallığa qarşı çıxmalıdırlar: "Kimsə qan çıxarmaq istəyirsə, bunu Mübariz İbrahimov kimi etməlidir".
M.Qurbanlı deyib ki, İslamdakı iki böyük məzhəb Məhəmməd peyğəmbərin (s.ə.a.s) vəfatından sonra yaranıb, kiçik cərəyanlar isə sonrada ortaya çıxıb: "Çox təəssüf ki, bir sıra İslam ölkələrində müsəlmanlar bir-birinə qarşı tolerantlıq nümayiş etdirə bilmirlər. Çox şükürlər olsun ki, biz bunu Azərbaycanda edə bilmişik".
O, qeyd edib ki, ötən əsrin əvvəllərində də Azərbaycanda şiə və sünni məzhəbləri arasında qarşıdurma yaratmağa çalışıblar. Lakin məzhəb liderlərinin müdrikliyi nəticəsində buna yol verilməyib: "Tarixlə savaşmaq lazım deyil. Tarixdən ibrət dərsi götürmək lazımdır. Azərbaycan tarixində bu günədək heç zaman şiələrlə sünnilər arasında qarşıdurma olmayıb".
M.Qurbanlı bildirib ki, Azərbaycanda dini sabitlik yüksək səviyyədədir və ölkədə dinə münasibət qanunlarla tənzimlənir.
Azərbaycanda Məhərrəm ayının başlanması və Aşura gününün qeyd edilməsi məsələsinə toxunan Dövlət Komitəsi sədri deyib ki, peyğəmbərin (s) nəvəsi İmam Hüseynə (ə.s) silah qaldırmış şəxsləri İslam dünyası bəyənməyib. Həmin şəxslər İslamın dəyərlərində özlərinə yer tapmayıblar, lakin Kərbəla şəhidləri İslamın dəyərlərində özlərinə yer tapıblar: "Biz Kərbəladakı şəhidlik zirvəsini qeyd edərkən, Azərbaycanda Qarabağ müharibəsini, şəhidlərimizi də xatırlamalıyıq".
Bununla yanaşı, M.Qurbanlı deyib ki, din xadimləri Məhərrəmlik və Aşura haqqında danışarkən hissiyyata qapılmamalıdırlar. Çünki dində hissiyyata qapılmaq yolverilməzdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info