Sığorta-pensiya sistemində elektron xidmətlər beynəlxalq səviyyədə müzakirə edilir
Tarix: 23.10.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondu və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə “Hilton Bakı” otelində “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda oktyabrın 22-dən öz işinə başlayan beynəlxalq seminarın ikinci günündə keçirilən ilk sessiya “Autentifikasiya və təhlükəsizlik aspektləri” mövzusuna həsr olunub. BSTA-nın nümayəndəsi Raul Ruqia-Frikin moderatorluğu ilə aparılan sessiyada spiker Klara Soroşen sosial sığorta sahəsində elektron hesabat sistemi üzrə təmsil etdiyi Moldovanın, türkiyəli nümayəndə Cenk Şen öz ölkəsinin elektron preskripsiya sahəsində təcrübəsi mövzusunda geniş təqdimatları seminar iştirakçılarının diqqətinə çatdırıblar.
Sessiyanın gedişatında növbəti təqdimatla Litva Respublikasının nümayəndəsi Vytautas Sviderskis çıxış edib. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında elektron şəhadətnamələrin idarə edilməsi məsələlərindən bəhs edən litvalı spiker mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək, maraq doğuran suallara aydınlıq gətirib.
Sonra Polşanı təmsil edən spiker Andrzej Regovskinin elektron təhlükəsizliyə koordinasiyalı yanaşma mövzusunda təqdimatı dinlənib. Sessiyanın davamında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov “Azərbaycan Respublikasında elektron hökumət” mövzusunda geniş təqdimatla çıxış edərək bu sahədə görülən işlər, əldə olunan nailiyyətlər barədə seminar iştirakçılarını ətraflı məlumatlandırıb. Daha sonra Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Fabio Duran-Valverde bu təşkilatın sosial müdafiə minimumları kontekstində elektron xidmətlər vasitəsi ilə sosial transferlərin çatdırılması mövzusunda təqdimatla çıxış edib. Sessiyanın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, qaldırılan suallar cavablandırılıb.
İKT-nin uğurlu tətbiqi nəticəsində DSMF-nin bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqi tam inkişaf etdirilib. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Fond İKT-dən istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq etmişdir ki, nəticədə məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması tam təmin edilib. Fond sistemində bu sahədə həyata keçirilən əhəmiyyətli tədbirlər həmçinin elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsinə və İKT-nin tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılmasına yönəlib. Avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə DSMF kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanına malik olub ki, bu da rəsmiləşmələrin daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait yaradıb. Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri 2004-cü ildən etibarən pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-i plastik kartlarla aparılır. Bu məqsədlə respublika ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomat qurulub.
Azərbaycanın sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslara təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş və avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır.
“Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır.
Təkcə 2014-cü ilin ötən dövründə bu məqsədlə DSMF 4 sayda mərkəzi, 7 sayda regional təqdimat keçirmişdir. Bununla yanaşı “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda KİV arasında müsabiqə keçirilmişdir. Həmçinin bu mövzuda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb.
DSMF-nin müasir əsaslarla təşkil edilmiş iş istiqamətlərindən biri də vətəndaşların müraciətlərinə elektron qaydada baxılmasıdır. Bu prosess üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytinda birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir.
Qeyd edək ki, tədbirin əsas məqsədi sosial müdafiə sahəsində elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi ilə bağlı yaranan problemlərin və elektron hökumətin müxtəlif inkişaf ssenarilərinin müzakirə olunması, sığorta-pensiya qurumlarının elektron xidmətlər sahəsində ən son təcrübə və texniki imkanlarının təqdim edilməsi, İKT-nin tətbiqi və elektron hökumət sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərlə tanışlıqdır.
Qeyd etmək yerinə düşərdi ki, DSMF-nin İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyəti beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətləndirilib.


İlkin




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO
15.07.2019
“Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info