“Azərbaycan multikonfessional və multikulturalizm ənənələrinin güclü olduğu bir məkandır”
Tarix: 23.10.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Gələcək nəsil Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrindən bəhrələnəcək.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Monteneqro Baş nazirinin müşaviri, mətbuat və informasiya şöbəsinin müdiri Srdan Kusovac söyləyib.
Bakı və Forum haqqında təəssüratlarını bölüşən S.Kusovac deyib: “Vətənimə Azərbaycandan çox gözəl təəssüratlarla qayıtdım. Bakı məni heyran etdi. Bu şəhərin memarlıq xüsusiyyətləri və insanların qonaqpərvərliyi məndə çox xoş hisslər yaratdı. Forum haqqında ilk olaraq onu deyə bilərəm ki, müxtəlif ölkələrin sabiq dövlət başçılarını, Nobel mükafatı laureatlarını, intellektualları bir araya gətirən bu tədbir mühüm önəm kəsb edir. Forum yüksək səviyyədə təşkil olunmuşdu, ölkənizin belə bir tədbirə ev sahibliyi etməsi ilə qürur duya bilərsiniz”.
Monteneqro Baş nazirinin müşaviri əlavə edib ki, Azərbaycan bu növ dialoqun genişləndirilməsi vəzifəsini üzərinə götürməklə müvafiq istiqamətdə rolunu daha da gücləndirir. O deyib: “Ölkəniz multikonfessional və multikulturalizm ənənələrinin güclü olduğu bir məkandır. Maraqlı cəhət budur ki, torpaqlarının bir hissəsinin işğal altında olmasına baxmayaraq, Azərbaycan dünyada baş verən problemlərə də biganə yanaşmır”.
S.Kusovac bütün ölkələrin Azərbaycanın tətbiq etdiyi mədəniyyətlərarası dialoqu genişləndirmək modelini nümunə götürmələrinin vacibliyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info