15 milyon yeni domenin qeydiyyatdan keçəcəyi proqnozlaşdırılır
Tarix: 23.10.2014 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Los-Ancelesdə keçirilən konfransda “Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyasının mütəxəssisləri “New gTLD” proqramının gələcək inkişafını proqnozlaşdırıblar.
Onların qiymətləndirməsinə görə, cari maliyyə ilində (2014-cü ilin iyulundan 2015-ci ilin iyununadək) yeni zonalarda 15 milyon domen adı qeydiyyatdan keçəcək.
Bu, əvvəlki proqnozda olan rəqəmdən (33 milyon) iki dəfə azdır: Lakin əksər mütəxəssislər 15 milyonu da şişirdilmiş göstərici hesab edir. Belə ki, cari ilin iyulundan cəmi 2,8 milyon domen qeydə alınıb.
Yeni zona qeydiyyatçıları gözlənilən fəallığın özünü doğrultmayacağı təqdirdə itkilərlə üzləşəcəklərindən narahatdırlar. Yeni zonaların sahibləri “ICANN”-a rübdə 6,500 dollar və ya ildə 25,000 dollar ödəyir. Həmçinin şirkətlər tranzaksiya sayı il ərzində 50 mini ötdükdə, hər domen üçün əlavə 25 sent ödəyirlər. Tranzaksiyalar təkcə qeydiyyat deyil, həm də artıq mövcud domenlərin qeydiyyat müddətinin uzadılmasıdır.
Problem ondan ibarətdir ki, cari proqnoz “ICANN”-nın bu il üçün maliyyə planına daxil edilib və o, özünü doğrultmasa, şirkətlər itkilərlə üzləşə bilərlər. Maliyyə ziyanının yerini doldurmaq üçün ən sadə üsul korporasiyaya qeydiyyatçılar tərəfindən ödənişlərin artırılması olacaq.
“ICANN” 2015-ci maliyyə ili üçün planda yeni zonalarda domenlərin qeydiyyat sayını risk faktoru kimi qeyd etsə də, vəsaitləri şişirdilmiş proqnoza uyğun bölüşdürməkdə davam edir.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info