TUMİB - in təşkilatçılığı ilə Tovuzda bələdiyyə seçkiləri ilə bağlı tədbir keçirilib
Tarix: 23.10.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Tovuz rayonunda baş tutub.
TUMİB sədri Çingiz Bayramov son illər ölkədə gənclərin fərdi bacıqlarının önə çıxarılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, milli donorların fəaliyyətə başlamasından sonra yeniyetmə və gənclərin öz ideyalarını reallaşdırmaq imkanı daha da artıb. Natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bələdiyyələrin səlahiyətlərinin artırılması ilə bağlı son sərəncamını yüksək qiymətləndirərək, bu mühüm sənədin yerli özünüidarəetmə orqanlarının nüfuzunun artırılmasıa hesablandığını vurqulayıb.
Tovuz rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Hüsaməddin Hüseynov vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. H.Hüseynov deyib ki, onların fəaliyyətinin əsas hissəsi gənclərin potensialının üzə çıxarmağa hesablanıb.
Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bələdiyyələrlə bağlı yerli və beynəlxalq qanunvericilik barədə məlumat verib. S.Verdizadə qeyd edib ki, dünyanın aparıcı ölkələrində dövlət idarəçiliyinə uzanan yol bələdiyyə orqanlarında təmsilçilikdən keçir. Ekspert gəncləri bələdiyyə seçkilərində özlərini sınamağa səsləyib.
TUMİB Gənclər Mərkəzinin rəhbəri Elnur Camalov üzvü olduğu təşkilatın gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolunu artırmağa yönəlmiş layihələri bundan sonra da davam etdirəcəyini bildirib. E.Camalov həmyaşıdlarını bu təşəbbüslərə dəstək olmağa çağırıb..
Sonda tədbir iştirakçıları bələdiyyələrin ölkənin həyatında mühüm rol oynadıqlarını vurğulayaraq, seçki kampaniyasında fəal iştirak edəcəklərini bildiriblər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info