Tələbələr ECDL sertifikatı almaq uğrunda mübarizə aparacaq
Tarix: 23.10.2014 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində ECDL (Avropa Kompüter Səviyyə Ölçmə Sertifikatı) Azərbaycan Milli Operator və Test Mərkəzləri layihəsi çərçivəsində görüş keçirilib. Qafqaz Universitetnin Layihə ofisinin rəhbəri Üzeyir Bağırov məlumat verərək qeyd edib ki, dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı (Avropanın Kompyuterdən İstifadə Lisenziyası) daha geniş yayılmışdır. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı, informasiya texnologiyalarının əsas konsepsiyalarının mənimsənilməsini, fərdi kompüterlərdən və əsas tətbiqi proqramlardan istifadə biliyini təsdiq edir. Layihənin əsas məqsədi Azərbaycanda kompüter biliklərinin standartlarını müəyyənəşdirməkdir. Muxtar Respublikada müxtəlif ixtisaslar üzrə ali təhsil alan şəxslər Naxçıvan Özəl Universitetində təməl, orta, ali səviyyəyə uyğun müəyyənləşdirilmiş qruplar şəklində hazırlıq kursu keçəcək, seçdikləri modul üzrə imtahan verdikdən sonra ECDL sertifikatı əldə edəcəklər. Bu beynəlxalq səviyyəli sertifikat gənc mütəxəssislərə gələcəkdə karyera hədəflərinə asanlıqla çatmaqda kömək edəcək. Orta səviyyə sertifikatı almış və 3 ali səviyyə imtahanından müvəfəqiyyət qazananlar ECDL Ekspert Səviyyə Setifikatı alacaq. Qeyd olunub ki, ECDL 24000-dən çox təlim və imtahan mərkəzində 43 dildə tədris və imtahan keçir. Bu tədris prosesinin indiyədək dünyada 13 milyondan çox iştirakçısı olmuşdur. ECDL-in təqdim etdiyi sertifikat 149 ölkədə tanınır. Üzeyir Bağırov müxtəlif təlim modullarında tədris olunacaq mövzular, imtahanların onlayn şəkildə keçirilməsi və qiymətləndirmə, əldə olunan kompüter biliklərinin tətbiq sferaları barədə məlumat verib. `Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tövsiyə və qayğısı ilə elektron universitet yaradılması, distant təhsilin tətbiqi ilə bağlı bu ali təhsil ocağında mühüm işlər görülmüşdür. Universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin, elektron kitabxana və müxtəlif internet mərkəzlərinin fəaliyyətləri, virtual əməkdaşlığın inkişafı məqsədilə onlayn bağlantılar, beynəlxalq videokonfrans və simpoziumların təşkili buna bariz nümunədir. KOİCA ilə birgə gerçəkləşdiriləcək layihədə isə ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün elektron təhsil şəbəkəsi yaradılması, müasir texnologiyaların alınıb quraşdırılması, rəqəmsal multimedia infrastrukturunun təkmiləşdirilməsi nəzərdə tutulur. Tədris işləri üzrə prorektor, tələbələrə hərtərəfli kamil mütəxəssis kimi yetişmək üçün informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və təcrübələrini artırmaq, sözügedən kursda müvəffəqiyyətlə iştirak etmək tövsiyə edib. Naxçıvan Özəl Universitetindəki ECDL mərkəzinin müdiri Şamil Hümbətov və adıçəkilən universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucovanın da iştirak etdiyi tədbirdə tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info