“Le Huffington Post“: “Poroşenko oliqarxları parlamentə daşımağa çalışır”
Tarix: 23.10.2014 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


“Ukraynada parlament seçkiləri pessimizm oyadır”

Fransanın "Le Huffington Post" qəzetində mənşəcə Ukraynadan olan müəllif İnna Şevçenko Ukraynada keçiriləcək parlament seçkiləri barəsində maraqlı fikirlərlə çıxış edib. Yazıda deyilir: “Mən elə bir ölkədə böyümüşəm ki, orada savadlı adamlarda hakimiyyət yoxdur, hakimiyyətdəki adamlar isə bilikli deyil. Bir həftə sonra Ukraynada parlament seçkiləri keçiriləcək, amma mən etiraf etməliyəm ki, bu barədə hər şey keçmişdəki kimidir. Demək olar ki, bir il öncə Ukraynada etiraz hərəkatı baş verdi, bu hərəkat daha sonra milli inqilaba çevrildi, amma xarici aqressor tərəfindən təzyiq və təqiblərə məruz qaldı. Tezliklə biz 25 ildir ölkəni zəhərləyən sistemin devrilməsinin bir illiyini qeyd edəcəyik. Həmin sistemdə isə oliqarxlar kresloları digər oliqarxlar və onların ailələri ilə bölüşdürürlər. Bu sistemdə gələcək seçkilərdə oliqarxlar sadəcə stullarını dəyişirlər və ölkəni talamaqda davam edirlər. Bizim yeni sistemlə bağlı tələblərimiz qətiyyən yerinə yetirilməyib. Namizədlərin 90 faizi yenə də həmin adamlardır. Onlar 25 ildir ölkəni həlak edirlər. Onların içərisində Yanukoviçin silahdaşları da yox deyil. Yeni “postmaydan” parlamentində elə adamlar oturacaqlar ki, elə məhz onlara görə Maydan hərəkatı başlamışdı.
Fidel Kastro deyib: “İnqilab – bu, keçmişin gələcəklə savaşıdır. Hələ ki, keçmiş Ukrayna inqilabında öz güclü mövqeyini qoruyur. Poroşenko namizəd kimi olanda özünü “daha az şər” kimi göstərməsinə baxmayaraq, bu gün öz populyarlığından istifadə edir. Bunu ona görə edir ki, Ukrayna xalqının çoxdankı düşmənləri olan oliqarxları parlamentə daşısın. Amma ən qorxulusu odur ki, parlamentin indi alibisi var: O, Rusiya və Putinlə mübarizə aparır. Buna görə də parlament diqqəti özündən və öz siyasətindən yayındıra biləcək. Ukrayna mediasında tez-tez səslərin alınması ilə bağlı məqalələr əksini tapır. Şübhələnirəm ki, fransızlar söhbətin nədən getdiyini anlayar. Xatırlayıram ki, uşaqlıqda seçkiləröncəsi bizə zəng edirdilər və yeməklə dolu qutu və namizədin proqramını təklif edirdilər. Təəssüf ki, hər şey əvvəlki kimi qalıb və Ukrayna siyasətçiləri öz seçki kampaniyalarını məhz elə bu cür də aparırlar.
Skeptik kimi görünmək istəmirəm, amma Ukrayna barəsində kim çox bilirsə, o, mənim məqaləmin məğzini anlamış olar. Bu pessimist məqalədir. Ona görə yox ki, mən Ukrayna siyasətçilərinin halına çox acıyıram, ona görə ki, Ukrayna xalqına “narıncı” inqilabdan sonra daha bir acı yaşamaq rəva deyil”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info