Fikrət Məmmədov insan hüquqları üzrə Avropa komissarı ilə görüşüb
Tarix: 23.10.2014 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov insan hüquqları üzrə Avropa komissarı Nils Muyjnieks ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, dövlətimizin prioritetlərindən olan insan hüquqlarının təminatına yönələn tədbirlər, o cümlədən ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində bu günlərdə keçiriləcək İnsan hüquqları üzrə Avropa Konvensiyasının milli səviyyədə implementasiyasına dair beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, tədbirdə iştirak etmək üçün Avropa dövlətləri Ali məhkəmələrinin, eləcə də Avropa Məhkəməsinin sədr və hakimlərinin, insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu alimlərin ölkəmizə səfərləri nəzərə alınaraq, onların zəngin bilik və təcrübəsindən faydalanmaq üçün artıq azərbaycanlı hakimlər və prokurorlar üçün silsilə tədris tədbirlərinin keçirilməsinə başlanılıb.
Söhbət zamanı, həmçinin insan haqlarının qorunması, məhkəmə sisteminin inkişafı, Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi, Məhkəmənin qərarlarının icrası, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info