Paytaxtda zirvə döyüşü
Tarix: 23.10.2014 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Bu gün Topaz Premyer Liqasında IX tura start veriləcək. Mövsümün I dövrəsinin son turu Qəbələdə başlayacaq. 3 gün davam edəcək turun açılış matçında “Qəbələ” “Sumqayıt”ı sınağa çəkəcək.
Son 3 turda qələbə qazana bilməyən komandaları turnir cədvəlində cəmi 1 xal ayırır. Məğlubiyyətləri sıralamağa başlayan qonaqları keçmək üçün “qırmızı-qaralar” qalib gəlməlidir. Sumqayıtlılar isə xal qazana bilmədiyi Qəbələdə uğursuz seriyalara son qoymaq arzusundadır. Turun ikinci günü autsayderlərin oyunları ilə əlamətdar olacaq. Turnir cədvəlinin son 4 pilləsində qərarlaşanlar mövqelərini yaxşılaşdırmaq üçün öz aralarında münasibətlərinə aydınlıq gətirəcək. Əvvəl paytaxt təmsilçilərinin derbisi baş tutacaq. Ardıcıl iki heç-heçə edən AZAL ötən tur darmadağına üzülən “Bakı”nı qəbul edəcək. Qonaqlar qələbə sayəsində həmyerlilərini arxada qoymaq, “təyyarəçilər” isə qazanılacaq 3 xalla bir neçə pillə irəliləmək niyyətindədir. 6 matçlıq qələbəsizlik yaşayan “Araz-Naxçıvan” “Simurq”un qonağı olacaq. Zaqatala təmsilçisi yetərincə sıx olan turnir cədvəlində liderlərə yaxınlaşmaq üçün xal itirməməlidir. Naxçıvanlılar isə xal hesabını zənginləşdirmək arzusundadır. Turun iki ən əhəmiyyətli oyunu bazar gününə təsadüf edəcək. İlk “beşlik”də qərarlaşanların Bakıda keçiriləcək oyunları dövrənin qalibini də müəyyənləşdirəcək. 2 matçı təxirə salınan dövrəni zirvədə bitirməyə “İnter” daha yaxındır. Liderliyini qorumaq üçün “Neftçi” ilə paytaxt derbisinə çıxacaq “bankirlər” qələbə ilə dövrənin qalibi olacaq. Lakin heç-heçə də onları zirvədə saxlaya bilər. Bunun üçün “Qarabağ” da xal itirməlidir. “Neftçi”nin də ilk pilləyə yüksəlməsi üçün ağdamlıların büdrəməsi lazımdır. Təbii ki, “ağ-qaralar”ın derbidə qalib gəlməsi şərtilə. Lakin 4 matçdır uduzmayan lider də səfər matçına qələbə iddiası ilə çıxacaq. Son çempion “Qarabağ” isə 2014-cü ildə 2 dəfə uduzduğu “Xəzər- Lənkəran”ı sınağa çəkəcək. Liderlərə yaxınlaşan cənublular potensial lideri büdrətməklə rəqibinə çata bilər. Ardıcıl 4 qələbə qazanan Qurban Qurbanovun yetirmələri isə Avroliqanın “Dnepr”lə Ukraynadakı matçından sonra çempionat matçına köklənməli olacaq.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info