“Xaricdə təhsil alan gənclərimiz diaspor işində fəal rol oynayır”
Tarix: 23.10.2014 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Cəmalə İbadbəyli: “Ölkəmizin inkişafı, yeni
sənaye və xidmət müəssisələrinin yaranması, peşəkar gənc kadrlara ehtiyac yaradır. Ona görə gənclərimiz mütəxəssis kimi yetişməlidirlər”

Bu gün dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Qəzetimizin xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi çərçivəsində növbəti müsahibi Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Universitetinin İktisadi İdari bilimlər fakültəsinin İşlətmə bölümünün III kurs tələbəsi Cəmalə İbadbəylidir:

- Mən 1995-ci ildə Azərbaycanın Neftçala şəhərində anadan olmuşam. Neftçala şəhər 1 saylı tam orta məktəbdən məzun olmuşam. Məktəb vaxtlarında əksər tanışlarımın xaricdə oxuması mənim də xaricdə oxumaq istəməyimə vəsilə oldu. Fərqli mədəniyyət, fərqli yaşam tərzi mənə hər zaman maraqlı gəlib. 2012-ci ildə Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Universitetinin İktisadi İdari bilimlər fakültəsinin İşlətmə bölümünü qazanmışam. Hazırda III kurs tələbəsiyəm.
Bu fakültəni təsadüf nəticəsində qazandım. Ancaq bu fakültə həyatımın rənglənməsinə səbəb oldu. İrəlidə ehtiyacımız olacaq məlumatları bir müddətdə inanılmaz bir səbir ilə öyrətdilər və öyrətməyə davam edirlər. Mənə həyatımın geri qalanında hər zaman xeyrimə olacaq olan araşdırma, eyni zamanda ətrafına faydalı bir insan olma duyğusunu öyrəndim.
- Samsunda azərbaycanlı gənclər birlikdə tədbirlər təşkil edirlərmi? Gənclərin diaspor fəaliyyəti ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirirsən?
- Oxuduğum şəhərdə azərbaycanlı tələbələrlə münasibət çox yaxşıdır. Ümumiyyətlə, universitetimizdə çox sayda azərbaycanlı tələbələr təhsil alır. Demək olar ki, hər kəs burada bir-birini tanıyır. Bir yerdə çox vaxt keçiririk. Samsunda 1700 xarici tələbə var və bunun 240 nəfəri Azərbaycandan gələn tələbələrdir. Burada məlum günlərdə azərbaycanlı tələbələrlə yığışıb Azərbaycanla bağlı olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı və digər bayramları qeyd edirik. Buradakı gənclərə Azərbaycanın böyük tarixi, mədəniyyəti ilə bağlı məlumat veririk. Ən əsası isə məqsədimiz Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu və o torpaqların əzəli və əbədi Azərbaycan torpaqları olduğunu hər kəsə çatdırmaqdır. Xaricdə təhsil alan tələbə kimi ölkəmizi təbliğ etmək bizim borcumuzdur. Bu bir faktdır ki, ölkəmiz son illər ərzində böyük tərəqqiyə nail olub və Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin daim önündə olur. Ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında gənc nəsil fəal iştirak edir. Minlərlə gəncimiz beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir, idmançıların, yaradıcı gənclərin uğurları nəticəsində Azərbaycanın bayrağı xarici dövlətlərdə yüksəlib, ölkə himni səsləndirilib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha da yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar əldə edilib. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında aparıcı rol oynayır, lobbiçilik fəaliyyətinə fəal qatılır. Bir azərbaycanlı kimi ölkəmizi tanıtmaq, bu istiqamətdə tədbirlər təşkil etmək mühüm əhəmiyyət kəsb edir.
Ondokuz Mayıs Universitetində hər il Xocalı soyqırımı və Azərbaycanın təqdimatı ilə bağlı tədbirlər keçiririk. Bu tədbirlərə yerli və xarici tələbələr, universitet müəllimləri və buranın sakinləri qatılır. Biz Azərbaycanı oxuduğumuz ölkədə müsbət yöndən tanıdaraq millətimizə, dövlətimizə olan borcumuzu az da olsa ödəməyə çalışırıq. Samsunda oxuyan tələbə olaraq hər il Azərbaycanla bağlı tədbirlər təşkil etməkdən əlavə Azərbaycanın Türkiyədəki səfirliyinin və Azeder/İndex təşkilatının da keçirdiyi tədbirlərə qatılıram.
- Azərbaycanda həyata keçirilən gənclər siyasətini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyət illərindən gənclərə olan qayğı, Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi bu sahədə hər şeyin təməlini qoydu. Azərbaycan hökuməti xaricdə oxuyan tələbələrimizə diqqət və qayğı göstərir. Son 5-7 ildə xaricidə oxuyan tələbələrin sayı daha da artıb. İndiki zamanda dövlətimiz tələbələr üçün hər bir imkan yaradır. Dövlət proqramı bunun nümunəsidir. Tələbələr xarici ölkələrdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər. Bütün bunlar bir daha onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Bu gün ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, yeni sənaye və xidmət müəssisələri yarandıqca, peşəkar gənc kadrlara ehtiyac çoxalır. Ona görə bizim gənclərimiz yaxşı oxumalı, bilik sahibi olmalı, mütəxəssis kimi yetişməlidirlər. Bu halı yüksək dəyərləndirirəm və düşünürəm ki, dövlətimiz həmişə olduğu kimi gələcəkdə də gənclərimiz üçün mayak rolunu oynayacaq və bizə müxtəlif istiqamətlərdə yol göstərib yardımlar edəcək.
- Gələcəkdə təhsilinizi davam etdirmək istərdinizmi?
- Əlbəttə, bakalavr təhsilimi yüksək bir şəkildə bitirdikdən sonra magistratura təhsili almaq istəyirəm. Bu təhsili ya Türkiyə, ya da Avropa ölkəsində almağı düşünürəm. Karyeramı isə Azərbaycanda davam etdirmək istəyirəm. Amma xaricdə olan Azərbaycan şirkətlərində işləməyi düşünürəm, ən vacibi isə məqsədim ixtisasımı daha da mükəmməlləşdirməkdir.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarımı dəniz kənarında gəzməyi sevirəm. İngilis dilini daha da təkmilləşdirməyə çalışıram. Bununla yanaşı, digər ölkədən gələn tələbələrlə də görüşərək onlarla zaman keçirirəm. Bu zaman ərzində isə hər kəs öz adət- ənənələrindən danışır və hər kəs öz mətbəxindən yeməklər hazırlayır. Gəzməyi də sevirəm, imkan olduğu halda Türkiyənin müxtəlif şəhərlərinə getmək, oranın gəzməli və tarixi yerləri ilə tanış olmaq insana çox şey öyrədir.
- Ümumiyyətlə, gənclər ölkəmizin inkişafına hansı töhfələri verə bilərlər?
- Gənclərimizdən çox şey asılıdır. Xaricə yol tapan gənclərimizin üzərinə doğrudan da böyük məsuliyyət düşür. Buna görə də xaricə gedən tələbələr öyrənməklə qalmamalı, öyrəndiklərini Vətənə qayıtdıqdan sonra istifadə etməlidirlər.
- Gələcək planlarınız barədə nə deyərdiniz?
- Əslində planlarım çoxdur. Amma ən birinci planım odur ki, universitetdə öyrəndiklərimi Azərbaycanda çox lazımlı bir şəkildə icra edim. Hazırda ölkəmizdə iqtisadiyyat sürətlə inkişaf edir. Bu sahədə təhsil alan hər bir gənc öz biliklərini imkan daxilində tətbiq etməlidir. Ölkəmizin daha da inkişafında əməyini əsirgəməməlidir. İnanıram ki, mən də Vətənə geri qayıdandan sonra özümə uyğun ad qazanacağam.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info