“Gələcək nəsil Bakı Forumunun nəticələrindən bəhrələnəcək”
Tarix: 24.10.2014 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


“Gələcək nəsil Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrindən bəhrələnəcək”. Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Monteneqro Baş nazirinin müşaviri, mətbuat və informasiya şöbəsinin müdiri Srdan Kusovac söyləyib.
Bakı və Forum haqqında təəssüratlarını bölüşən S.Kusovac deyib: “Vətənimə Azərbaycandan çox gözəl təəssüratlarla qayıtdım. Bakı məni heyran etdi. Bu şəhərin memarlıq xüsusiyyətləri və insanların qonaqpərvərliyi məndə çox xoş hisslər yaratdı. Forum haqqında ilk olaraq onu deyə bilərəm ki, müxtəlif ölkələrin sabiq dövlət başçılarını, Nobel mükafatı laureatlarını, intellektualları bir araya gətirən bu tədbir mühüm önəm kəsb edir. Forum yüksək səviyyədə təşkil olunmuşdu, ölkənizin belə bir tədbirə ev sahibliyi etməsi ilə qürur duya bilərsiniz”.
Monteneqro Baş nazirinin müşaviri əlavə edib ki, Azərbaycan bu növ dialoqun genişləndirilməsi vəzifəsini üzərinə götürməklə müvafiq istiqamətdə rolunu daha da gücləndirir. O deyib: “Ölkəniz multikonfessional və multikulturalizm ənənələrinin güclü olduğu bir məkandır. Maraqlı cəhət budur ki, torpaqlarının bir hissəsinin işğal altında olmasına baxmayaraq, Azərbaycan dünyada baş verən problemlərə də biganə yanaşmır”.
S.Kusovac bütün ölkələrin Azərbaycanın tətbiq etdiyi mədəniyyətlərarası dialoqu genişləndirmək modelini nümunə götürmələrinin vacibliyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info