Azərbaycan Pakistanda təbii fəlakətdən zərər çəkmiş insanlara humanitar yardım edib
Tarix: 24.10.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Pakistanın İslamabad şəhərində Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən bu ölkənin Cənubi Pəncab və Kəşmirdə sel daşqınlarından zərər çəkmiş insanlara yardım edilməsi ilə əlaqədar humanitar yardım aksiyası keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyinin yaydığı məlumata görə, AİDA tərəfindən edilmiş humanitar yardım Cənubi Pəncabın Multan, Muzaffargarh, Leyyah, Chinniot, Naroval, Sargodha, Mandi Baha-ud-Din, Sialkot həmçinin Kəşmirin Müzəffərabad şəhərləri və Bağ bölgəsini əhatə edir. Qida rasionu paketlərindən ibarət olan yardımlar Federal hökumət nəzdində fəaliyyət göstərən Bayt-ul-Mal təşkilatı vasitəsi ilə təbii fəlakətdən zərər çəkmiş minlərlə insanlara paylanılacaq. 8-9 nəfərlik ailə üçün ayrılan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilib və yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insan üçün nəzərdə tutulub.
Qeyd olunub ki, Bay-tul-Malın nəzdində 33 kimsəsiz insanlar üçün evləri fəaliyyət göstərir, həmçinin bu qurum fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğuldur.
İslamabad şəhərində təşkil olunmuş mərasimdə Pakistanın Parlament işləri üzrə naziri Şeyx Aftab Əhməd, Pakistan Parlamentinin deputatları Ramaiş Kumar Vankvani, Nazir Əhməd, Aamra Xan, Ayşə Syed, Sima Cilani, Tahirə Auranqzeyb, Fayaz- ud- Din, Nazir Xan, Əkrəm Sahib, həmçinin Çitralın Şahzadəsi, Milli Assambleyanın deputatı İftixar ud Din, Bayt-ul-Malın icraçı direktoru Abid Vahid Şeyx, tanınmış siyasətçilər, ziyalılar, Azərbaycan səfirliyinin əməkdaşları, təbii fəlakətdən zərər çəkmiş insanlar, həmçinin aparıcı elektron və media mənsublarının nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx Azərbaycan xalqı, hökuməti və AİDA-ya təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə dərin minnətdarlığını bildirib.
O, bu yardımın zərərçəkmiş insanlar üçün təkcə maddi deyil, eyni zamanda mənəvi dəstək olduğunu vurğulayıb. Mərasimdə Azərbaycan-Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri barəsində danışılıb, AİDA-nın fəaliyyəti haqqında geniş məlumatlar verilib. Bildirilib ki, AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra edib və bununla da minlərlə insanı içməli su ilə təchiz edib.
Ali qonaq qismində mərasimdə iştirak edən Parlament işləri üzrə nazir Şeyx Aftab Əhməd toplantı iştirakçılarına müraciət edərək Azərbaycan tərəfindən edilmiş humanitar yardımın iki qardaş ölkə arasında olan münasibətlərin yüksək göstəricisi kimi qiymətləndirib.
Mərasimin sonunda tədbirdə iştirak edən qonaqlar AİDA-nın adından bir neçə nəfər zərərçəkmiş insana simvolik olaraq qida paketləri paylanıb.
Tədbirdən sonra səfirliyin əməkdaşı İlham Məmmədov tədbirdə iştirak edən Pakistanın aparıcı televiziya kanallarına müsahibə verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Sosial media terror fəaliyyətinin cəmiyyətə təsirini artırır”
18.12.2018
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
18.12.2018
Makedoniyalı siyasətçi: “Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”
18.12.2018
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər müzakirə edilib
18.12.2018
AQTA media nümayəndələri üçün təlimə start verib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info