Hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə düşəcək
Tarix: 24.10.2014 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Sabah axşamdan Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, havanın temperaturu 10-12 dərəcə aşağı düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, oktyabrın 25-i axşamdan, 26-da isə gün ərzində Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Oktyabrın 25-i gecəyə doğru və 26-da yağış yağacağı gözlənilir. Oktyabrın 25-dən 26-na keçən gecə küləyin sürətinin artacağı ehtimal edilir. Havanın temperaturu oktyabrın 26-da və 27-də gündüz saatlarında 8-12 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində isə oktyabrın 25-i günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 1-6 dərəcə isti olacaq.
Bu gün ölkə ərazisində havanın temperaturunun 17-22 dərəcə isti olacağı gözlənilirsə, artıq oktyabrın 27-də temperatur 8-12 dərəcəyə düşəcək. Buna əsasən də havanın temperaturu bu günlərlə müqayisədə 10-12 dərəcə düşəcək.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti yaxın 3 gün ərzində - oktyabrın 25-i axşam, 26-sı və 27-də davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info