“Avropa Oyunları hər kəs üçün” adlı tur başlayır
Tarix: 24.10.2014 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Məktəb şagirdlərini gələn ilin yayında keçiriləcək İlk Avropa Oyunları haqqında məlumatlandırmaq və maarifləndirmək məqsədilə “Bakı 2015” Avropa Oyunları bu gün Azərbaycan məktəbləri arasında “Avropa Oyunları hər kəs üçün” adlı ümummilli tura başlayacaq.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) bir qrup işçisindən ibarət komanda növbəti səkkiz ay ərzində ölkənin 57 rayonuna səfər edərək bir sıra təqdimatlar, mühazirələr və idman nümayişləri keçirəcəklər. Bu barədə BEGOC-dan bildirilib.
“Bakı 2015” komandası, 500-dən çox məktəbə səfər edərək 14-17 yaş arası ölkə gəncləri arasında Azərbaycanda indiyədək keçiriləcək ən böyük idman yarışları barəsində ətraflı məlumatlandırma işi aparmaqla onları yarışlara həvəsləndirməyi planlaşdırır.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Birinci Avropa Oyunlarının özündən sonra qoyacağı uzunmüddətli irsin bir hissəsi Azərbaycanın ilk inkişaf mərhələsini yaşayan idmançılarının həvəsləndirilməsindən ibarətdir.
“Bakı 2015” mesajını ölkədə yaymaqla, Rayon Məktəbləri Turu təşkilatçı şəhərdə insanlarda yaranmış həyəcanı ölkənin rayonlarında da paylaşılmasına kömək edəcək.
Bütün Azərbaycan “Bakı 2015”in əldə etdiyi nailiyyətlər ilə fəxr edəcək, ona görə də, ölkə gənclərinin Avropa Oyunları barədə ətraflı məlumatlandırılmasına və maarifləndirilməsinə köməklik göstərməyimiz vacibdir”.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov demişdir: “Bakı 2015” Avropa Oyunları Azərbaycanın tarixində çox mühüm məqamdır və biz Oyunlarla bağlı yaşadığımız həyəcan hissini və əldə etdiyimiz irəliləyişlərlə bağlı xəbərləri ölkənin bütün rayonları ilə paylaşmaq istəyirik.
Gənclərimiz ilk dəfə olaraq dünya səviyyəli idman obyektlərində keçiriləcək elit idman yarışlarını izləmək imkanı əldə edəcəklər. Biz onların Avropa Oyunları haqqında məlumatlı olması və Oyunlarla bağlı istənilən informasiyanı asanlıqla əldə etməsindən əmin olmaq istəyirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info