“Elə ölkələr var ki, onlarla bağlı bir il ərzində 200-300 işə baxılır”
Tarix: 24.10.2014 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Bu günə qədər Azərbaycana qarşı Avropa İnsan Haqları Məhkəməsində 85 qərar qəbul olunub. Bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2002-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan üzrə işlərə baxır: “O vaxtdan oktyabr ayı da daxil olmaqla, 2014-cü ilə qədər Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Azərbaycan üzrə baxılan 85 işdə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyanın pozulması müəyyən edilib. Elə ölkələr var ki, onlarla bağlı bir il ərzində 200-300 işə baxılır”.
R.Rzayev qeyd edib ki, 85 iş o qədər də çox deyil: “Azərbaycan bu istiqamətdə çalışır, seminarlar, treninqlər keçirilir. Biz bu 85 işin nədən ibarət olduğunu təhlil edirik. Ən çox pozuntu Konvensiyanın 6-cı maddəsi ilə əlaqədardır. Yəni məhkəməyə müraciət hüququ, məhkəmədə buraxılan nöqsanlar. Çünki məhkəmə sonuncu instansiya olduğuna görə, bütün icra qurumlarının da yol verdiyi səhvləri gərək məhkəmə düzəldə. Bir də 1-ci protokolun 1-ci maddəsi əsasən mülkiyyət hüququ ilə bağlıdır. Yəni problem əsasən bu iki istiqamətdədir”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info