“İflas prosesi təkcə Müsavatda deyil, AXCP-də də aydın şəkildə müşahidə olunmaqdadır“
Tarix: 24.10.2014 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“AXCP və Müsavatda fəaliyyət göstərən insanlar dərk etməyə başlayıblar ki, apardıqları mübarizə metodları partiyaların özləri üçün də ziyanlıdır

"Azərbaycanda müxalifətin siyasi iflasa uğraması hamıya məlumdur və bu, bir neçə ildir davam edən bir prosesə çevrilib". Bunu “Trend”ə eksklüziv açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Müsavat Partiyası və AXCP daxilində baş verən gərginliyə və istefalara münasibət bildirərkən deyib.
Ə.Əhmədov bildirib ki, vətəndaşların müxalifət partiyalarına inanmaması, etimad göstərməməsi müxalifətin siyasi iflasının bariz nümunəsidir və hər bir Azərbaycan vətəndaşı illərdir ki, bunun şahididir: "İndi iflas prosesi müxalifət partiyalarının daxilinə keçib. Bunun aydın ifadəsini bu gün müxalifət partiyalarının içərisində olan proseslərdə müşahidə etmək olar. Özü də bu, təkcə Müsavat Partiyasında deyil, AXCP-də də aydın şəkildə müşahidə olunmaqdadır".

Onun fikrincə, bu, onun göstəricisidir ki, bu partiyaların indiki şəkildə, indiki ideoloji baxışlar çərçivəsində mövcud olmasının mənasızlığını artıq həmin partiyalarda fəaliyyət göstərən insanlar da dərk etməyə başlayıblar: "Onlar partiya daxilində çəkişmələri ilə sübuta yetirirlər, öz aralarında etiraf etmiş olurlar ki, bunlar səhv yoldadırlar. Birincisi, ideoloji baxımdan, ikincisi də apardıqları mübarizə metodları baxımından səhv yoldadırlar. İnkarçılıq, qərəzçilik heç bir siyasi təşkilata heç zaman uğur gətirməyib və nəticə etibarilə istər Müsavat Partiyasında olan insanların əksəriyyəti, istər AXCP-də fəaliyyət göstərən insanlar dərk etməyə başlayıblar ki, apardıqları mübarizə metodları təkcə cəmiyyət üçün deyil, həmin partiyaların özləri üçün də ziyanlıdır. Bu dərketmə bu gün həmin partiyaların daxilində baş verən proseslərin əsasını təşkil edir".




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info