Azərbaycanda məhkəmələr Avropa Konvensiyasının tələblərinə uyğun vəziyyətə gətirilib
Tarix: 24.10.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


İnsan hüquqları və azadlıqlarının müdafiəsinin təminatında öz rolunu dərk edən Ali Məhkəmə öz işini İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının şərhi, tətbiqi və icrasına görə bütün məsuliyyətin milli hakimiyyət orqanlarının üzərinə düşməsini nəzərə almaqla qurur. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Bakıda "İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
R.Rzayev qeyd edib ki, görülən tədbirlər nəticəsində Azərbaycanda müstəqil hakimlərin seçilməsi təmin olunub.
O, ölkə qanunvericiliyinin tam yeniləndiyi, ölkədə yeni hüquq sisteminin qurulduğu və hüququn tətbiqi, xüsusi olaraq məhkəmələrin Avropa Konvensiyasının tələblərinə uyğun vəziyyətə gətirildiyi barədə məlumat verib.
Ali Məhkəmə sədrinin sözlərinə görə, məhkəmələrin işində Avropa Konvensiyasının normalarının birbaşa tətbiqi təmin edilib.
R.Rzayev qeyd edib ki, milli qanunvericilik Azərbaycan Respublikası Ali Məhkəməsinin üzərinə Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarından sonra milli məhkəmələrin qərarlarının yenidən araşdırılmasını həyata keçirmək vəzifəsini qoyur: "Biz bu və ya digər qərarın nəzərdən keçirilməsini ölkə qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlil və müşahidə olunması, məhkəmələrin təkrar səhvlərindən imtina olunması üçün Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmağa xüsusi diqqət yetiririk".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info