Ermənistanda müavinətlərin azaldılması etiraz doğurub
Tarix: 24.10.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Yerevanda Ermənistan hökumətinin binası qarşısında "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında" qanunla nəzərdə tutulmuş hamiləliyə görə maddi yardım sisteminə dəyişiklik edilməsinə qarşı etiraz aksiyası keçirilib. Bu barədə “Panarmenian.net” yazıb.
Dövlət İctimai Təminat Xidməti "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında" qanuna düzəliş layihəsi hazırlayıb. Həmin düzəlişlərdə "hamiləlik və doğum müavinəti" sözünün "analığa görə maddi yardım"la əvəz edilməsi təklif olunur.
Bununla yanaşı, fəalların sözlərinə görə, dəyişikliklər layihəsi 2015-ci ildən işləyən qadınlara əmək stajından asılı olaraq verilən müavinətin azaldılmasını nəzərdə tutur: “Biz işləməyən analara müavinətlərin verilməsini alqışlayırıq, amma bunun işləyən anaların hesabına edilməsini yox”.
Onlar hökumətə öz məktub-müraciətlərini təqdim edərək hakimiyyəti işləyən analar arasında doğum sayının ixtisarına, əmək fəaliyyətinə yararlı əhalinin miqrasiyasının artmasına, həmçinin sosial bərabərlik və gender hüquq bərabərliyi prinsiplərinin pozulmasına imkan yaradan belə dəyişikliklərin qəbulundan çəkinməyə çağırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info