Məşğulluqla bağlı Avropa İttifaqı ilə gələcək əməkdaşlıq müzakirə edilib
Tarix: 24.10.2014 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının Bakı ofisinin nümayəndələri ilə görüş olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, ötən dövrdə Avropa İttifaqı ilə birgə icra olunan layihələr ölkəmizin sosial müdafiə sistemində aparılan islahatlara mühüm dəstək olub. Ötən illərdə Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən Tvinninq layihələri aktuar hesablamaların aparılması, proqnozlaşdırma və monitorinq, sosial büdcənin tərtib edilməsi və s. sahələrdə ƏƏSMN-nin potensial imkanlarının artırılmasına, habelə əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsinə öz töhfəsini verir. M.Kərimli Avropa İttifaqı ilə əməkdaşlıq təcrübəsinin məşğulluq və əmək bazarının inkişafı sahəsində də davam etdirilməsinin önəmli ola biləcəyini vurğulayıb. O bildirib ki, məşğulluqla bağlı qanunvericiliyin, habelə dövlət məşğulluq xidmətinin institisional strukturunun və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması prioritet məsələlərdəndir. Həmçinin işaxtaranların və vakansiyaların qeydiyyatı, statistik hesabatların formalaşdırılması üzrə avtomatlaşdırılmış vahid informasiya sisteminin yaradılması, beynəlxalq təcrübə əsasında əmək bazarının proqnozlaşdırılması üzrə metodologiyanın hazırlanması və s. qarşıda duran vəzifələrdəndir. Avropa İttifaqı ilə qeyd olunan sahələrdə əməkdaşlıq müsbət nəticələr verə bilər.
Avropa İttifaqının Bakı ofisinin əməliyyatlar şöbəsinin müdiri Yeron Vilyams əvvəllərdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə digər sahələrdə davam etdirilməsi təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib. Y.Vilyams Avropa İttifaqının sözügedən prioritetlər üzrə texniki və institisional dəstəyi verməyə hazır olduğunu qeyd edib, bu məsələlərin həlli ilə bağlı Avropa İttifaqının mövcud imkanları barədə məlumat verib.
Görüşdə məşğulluq və əmək bazarının inkişafı sahəsində gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info