Gənclərimiz “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu”nda iştirak edirlər
Tarix: 24.10.2014 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə Azərbaycan Respublikasının dövlət rəsmiləri və gənclər təşkilatlarının nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyətinin tərkibində Rusiya Fedirasiyasının Sankt - Peterburq şəhərində keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. ARGTMŞ-nın sədri səfər çərçivəsində “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu” və “MDB ölkələrinin Parlamentlərarası Gənclər Assambleyası Şurası”nın 4-cü iclasında iştirak edir. Tədbirlərdə MDB ölkələrində hakimiyyətin müxtəlif təbəqələrini təmsil edən gənc parlamentarilər, gənclər siyasətinin idarə heyəti, gənclər hərəkatları və ictimai birliklərinin nümayəndələri, dövlət orqanlarının nəzdində yaradılan elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən gənc alimlər iştirak edir.
23 – 25 oktyabr 2014-cü il tarixlərində həyata keçirilən “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu”nun məqsədi gənclərin beynəlxalq əməkdaşlığı və parlamentlərarası inkişafı, siyasətdə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının stimullaşdırılmasıdır. Forum plenar iclaslar, dəyirmi masa, praktiki məşğələ və gənclərlə bağlı aktual məsələlər üzrə seminarların keçirilməsi ilə davam edir. Həmçinin Forumda MDB - də təhsil, elm və innovasiya, gənclərin ölkənin idarə edilməsində və müasir cəmiyyətdə fəaliyyəti və başqa mövzular müzakirə olunur.
ARGTMŞ – nın sədri eyni zamanda “MDB ölkələrinin Parlamentlərarası Gənclər Assambleyası Şurası”-nın bu gün start verilən 4-cü iclasında iştirak edir. İclasda gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın prioritet istiqamətləri, gənclərin hüquqları, təşəbbüsləri və inkişafına dəstək mövzüları müzakirə olunur.
Məlumat üçün qeyd edək ki, “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu” və “MDB ölkələrinin Parlamentlərarası Gənclər Assambleyası Şurası” – nın 4-cü iclası 25 oktyabr 2014-cü il tarixində başa çatacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info