Rusiya səfirliyində mədəniyyət tədbiri keçirilib
Tarix: 24.10.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Rusiyanın Azərbaycandakı səfirliyində İ.N.Voronova adına “Yeni adlar” Fondunun təqaüdçülərinin ifasında klassik musiqi konserti olub. Tamaşaçılar arasında Bakıdakı 27, 91, 132/134, 160 nömrəli orta məktəblərin yuxarı sinif şagirdləri və müəllimləri, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi nəzdində “Sozvezdiye” gənclər klubunun üzvləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, səfirliyin və “Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyinin əməkdaşları, jurnalistlər iştirak edib.
Fondun təqaüdçüləri - F.Şopen adına Moskva Dövlət Musiqi ifaçılığı kolleci nəzdində Uşaq Musiqi Məktəbinin şagirdi Dmitri Bereznyak (fortepiano) və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində Mərkəzi Musiqi Məktəbinin (kollecinin) şagirdi Mariya Urıbina (fleyta) C.Rossini, F.Şopen, V.Tsıbin, D.Fore və C.Riççaldinin əsərlərini ifa ediblər.
Fondun nümayəndə heyəti tərəfindən Bakıda keçirilən ustad dərsləri zamanı seçilmiş bakılı gənc istedadlar Zərin Əliyeva (skripka) və Urxan Hüseynov (violonçel) da öz ustalıqlarını nümayiş etdiriblər.
Tamaşaçılar gənc musiqiçilərin peşəkarlığını yüksək qiymətləndiriblər. Konsert başa çatandan sonra onlara hədiyyələr təqdim edilib, bütün qonaqlar üçün şirniyyat süfrəsi açılıb.
İ.N.Voronova adına “Yeni adlar” regionlararası ictimai xeyriyyə fondu 1989-cu ildə yaradılıb. Fondun prezidenti məşhur pianoçu, Rusiyanın Xalq Artisti Denis Matsuyevdir. 25 illik fəaliyyəti dövründə Fond Rusiyanın və xarici ölkələrin minlərlə istedadlı gənclərinin incəsənətin müxtəlif sahələrində öz qabiliyyətlərini reallaşdırmasına kömək edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info