Akademik Ramiz Mehdiyevin daha bir kitabı qırğız dilində nəşr edilib
Tarix: 24.10.2014 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondunun sifarişi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” əsəri qırğız və rus dillərində kitab şəklində nəşr edilib. “Uluu Toolor” nəşriyyatında nəşr edilən kitab ümummilli lider Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” sözləri ilə açılır. Kitabın əvvəlində müəllif “mif” anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir, bu mövzuya həsr olunmuş fundamental fəlsəfi əsərlərin A.Losev və D.Çijevski kimi müəlliflərinin fikirlərindən sitatlar gətirir. Akademik Ramiz Mehdiyev yazır: “Miflər aləmi praktiki təcrübə məntiqinə tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün tarixi ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici təfəkkürün sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi yaranır. Çox vaxt o, etnosu yaratmış “vahid ata” deyilən varlıq haqqında təsəvvürlər dərəcəsinə çatır”. Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən onun fəlsəfəsini öyrənən ciddi bir elm - mifologiya elmi mövcuddur, lakin mifologiya ilə yanaşı, “mifolojiləşdirmə” də vardır. Mifolojiləşdirməni, yəni, xalqın yaratdığı mifləri siyasi texnoloqların və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirmədən fərqləndirmək lazımdır. Erməni Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və “tarixçilər” birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Akademik bunları nəzərə alaraq, mötəbər mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey deyildir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info