Tibb Universitetinin rezidentləri Ankarada təcrübə keçəcək
Tarix: 24.10.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında universitetin rektoru, akademik Əhliman Əmiraslanovla Türkiyənin keçmiş səhiyyə naziri Recep Akdağ arasında görüş keçirilib. Görüşdə Türkiyənin Bakıdakı səfirliyinin nümayəndəsi Sibel Tuna, ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, Tədris Cərrahiyyə Klinikasının direktoru Hacıqulu Bağırov, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova iştirak ediblər. Görüş zamanı ATU-nun rektoru, Milli Məclisin üzvü Əhliman Əmiraslanov universitetin fəaliyyəti, tədris proqramları, mövcud fakültə və ixtisaslar, tələbə və rezidentlərin uğurları haqqında məlumat verib. ATU-nun Azərbaycanda yeganə tibb təhsili müəssisəsi olduğunu bildirən Ə.Əmiraslanov hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olduğunu qonaqların diqqətinə çatdırıb. Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi arasında 18 ölkənin vətəndaşları da var ki, bunların da böyük əksəriyyəti qardaş Türkiyədəndir. Akademik Ə.Əmiraslanov həmçinin ATU-nun nəzdində yaradılan, son texnoloji tibbi avadanlıqlarla təchiz edilmiş klinikalar haqqında da qonaqlara ətraflı məlumat verib. Rektor ATU-da mövcud rezidentura üzrə təhsil sistemindən danışaraq, rezidentlərin bir çox xarici ölkələrdə, o cümlədən Türkiyədə də təcrübə keçdiklərini bildirib. Akademik Əhliman Əmiraslanov bu sahədə qonşu dövlətlə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətində olduqlarını da açıqlayıb.
Dəvətə görə təşəkkürünü bildirən cənab Recep Akdağ ATU-nun Tədris Cərrahiyyə Klinikasının işi ilə tanış olduğunu, burada xəstələr və personal üçün yaradılan şəraitdən məmnun qaldığını söyləyib. O, Tibb Universitetinin rezidentlərinin Türkiyədə təcrübə keçməsi sahəsində əməkdaşlıq etməyə hazır olduğunu da bildirib. İlkin olaraq ATU rezidentlərinin Ankara şəhərindəki bəzi klinikalara göndərilməsi haqqında razılıq əldə olunub.
Daha sonra türkiyəli qonağın ATU rəhbərliyi ilə görüşündə tərəflərin gələcək əməkdaşlığının istiqamətləri barədə müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info