Qərbi Azərbaycan Vilayətinin ostandarı NDU-da olub
Tarix: 24.10.2014 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Görüş zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respubikada ali təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs etmiş, universitetin strukturu, beynəlxalq əlaqələri, maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin inkişafında elm, təhsil sahəsində tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkəsi ilə beynəlxalq əlaqəyə malik olan Naxçıvan Dövlət Universiteti qonşu İran İslam Respublikasının Təbriz Dövlət Universiteti, Tehran Universiteti, Azad İslam Universiteti, Zəncan Universiteti və digər ali məktəbləri ilə əməkdaşlığa malikdir.
NDU-nun Mətbuat şöbəsinin məlumatına görə, burada 12 ölkənin 350 vətəndaşı ali təhsil alır ki, onlardan 16 nəfəri İran İslam Respublikasını təmsil edir. Görüş zamanı elm, təhsil sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri, perspektivləri müzakirə olunub. Qonaqlar universitet ərazisini gəzmiş, Təbiətşünaslıq və kənd təsərrüfatı, Pedaqoji fakültələrin nəzdində fəaliyyət göstərən Botanika və Coğrafiya muzeyləri, Texnologiyanın Tədrisi Metodikası və Məktəb tarixi kabinələri ilə tanış olmuş, tədris prosesi ilə maraqlanmışlar. Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafla yanaşı elm və təhsil sahəsində də tərəqqiyə nail olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov, Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info