“Asahi Shimbun”: “Lyaşko və Timoşenko Poroşenkonu satqın sayır”
Tarix: 24.10.2014 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


“Seçki Ukrayna lideri üçün asan olmayacaq”

Yaponiyanın “Asahi Shimbun” nəşri Ukraynada bu bazar günü keçiriləcək seçkilərlə bağlı maraqlı yazı yazıb. Yazıda bildirilir: “Oktyabrın 26-da Ukraynada hakimiyyətin son dəfə dəyişməsindən sonra ilk dəfə parlament seçkiləri keçiriləcək. Tənəzzül ərəfəsində olan ölkədə bu seçkilər prezident Poroşenkə üçün həqiqət məqamı olacaq. Bununla yanaşı, Rusiya ilə sülh razılaşmasını satqınlıq sayan partiyalar da güc toplamaqdadırlar ki, bu da Ukrayna liderinə öz hakimiyyətini gücləndirməyin asan olmayacağına dəlalət edir.
Məlumdur ki, Rusiyameyilli Yanukoviç etiraz hərəkatı nəticəsində devrildi və ölkədən qaçdı. May seçkilərində Poroşenko qalib gəldi. Parlament seçkilərinin mənası ondadır ki, ölkədə şəraiti normallaşdırsın. Maydakı prezident seçkilərindən sonra siyasi partiyalar nəzərəçarpacaq dərəcədə yenidən formalaşdılar. Hakimiyyət dəyişiləndən sonra koalisiya formalaşdırmış üç qərbyönümlü partiyadan biri olan “Udar”, indi də “Pyotr Poroşenko bloku”nu formalaşdırıb. Sosioloji sorğuların nəticələrinə görə, blok 25-30 faizlik seçici dəstəyi ilə birinci yerdə dayanır ki, bu da hələki Poroşenkonun nisbi populyarlığı ilə əlaqələndirilir.
Digər tərəfdən, baş nazir Yatsenyuk və Ali Radanın sədri Aleksandr Turçinov “Xalq cəbhəsi” adlı yeni partiya formalaşdırıblar. Keçmiş iqtidar olan “Regionlar partiyası” isə bir neçə siyasi hərəkata parçalanıb ki, buraya “Müxalifət bloku” da daxildir. Belə olduğu halda, siyasi partiyaların parçalanması prosesinin baş verdiyi açıq görünür.
Ukraynanın birpalatalı parlamenti 450 xalq deputatından ibarətdir: Onların 225 nəfəri partiyaları, 225 nəfəri isə dairələri təmsil edir. 32 dairəsindən 18-i üsyançıların nəzarətində olan şərq hissəsində parlament seçkiləri keçirilməyəcək.
Seçki ərəfəsində qeyri-müəyyənlik faktoru kimi prezident seçkilərində üçüncü yeri tutan Oleq Lyaşkonun partiyasının sürətli artımını qeyd etmək olar. Avqustda onun partiyasını respondentlərin 20 faizi dəstəkləmişdi. Hazırda bu partiya 13 faizlə ikinci yerdə dayanır. Lyaşko “Radikal partiya”nı 2012-ci ildə yaradıb. Əvvəlcə, o, parlamentdə “tənha canavar”dı. Amma Rusiya ilə Krımın birləşməsindən və Ukraynanın şərqində qarşıdurma başlayandan sonra o, Rusiyanı sərt tənqid etməyə və hakimiyyəti gücsüzlükdə ittiham etməyə başladı, buna görə də populyarlığı birdən-birə yüksəldi.
Prezident Poroşenko öz rusiyalı həmkarı ilə dialoqa girdi, nəticədə sentyabrda tərəflər sülh sazişi imzaladılar. Lyaşko bu fəaliyyəti tənqid edir və “Rusiyaya uduzmaqla xalqı satmaq” adlandırır.
Çoxları həm də ondan narazıdır ki, Poroşenko Donbasda xüsusi status mənimsəyib. Timoşenko da Poroşenkonu tənqid edib. Bu tənqidçi güclər yetərincə dəstək alsalar, onda cəmiyyətdə antirusiya əhval-ruhiyəsi qalxacaq, bu isə hakimiyyətin daha sərt tənqidinə gətrib çıxaracaq.
Bundan qaçmaq üçün Poroşenko hakimiyyətni stabilləşdirmək istəyir. Avropa Birliyi ilə münasibətlərin dərinləşdirilməsinə əsaslanan koalisiya sayəsində o, buna nail olmağı düşünür.
Poroşenko parlamentdə Yatsenyukun “Xalq cəbhəsi” ilə stabil çoxluq ərsəyə gətirə bilər, amma kiçik partiyalar arasndakı hərc-mərclik buna mane olur. Ölkədə situasiyanın normallaşdırılması üçün çoxsaylı partiyalarla əməkdaşlıq və Lyaşenko blokunun güzəştə getməsi lazımdır”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info