C.Cəfərov: “Əsər, Şah İsmayıl Səfəvi irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur”
Tarix: 24.10.2014 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin gərgin zəhməti və elmi təfəkkürü hesabına araya-ərsəyə gələn, bir-birindən dəyərli monoqrafiyalar elm adamları ilə yanaşı, sadə oxucuların da böyük maraq dairəsindədir. Bu sanballı əsərlərin hər birində Azərbaycan tarixinin ən qaranlıq, yetərincə tədqiq edilməyən, illərlə həllini gözləyən, obyektiv alim düşüncəsinə ehtiyac duyulan taleyüklü məsələləri öz əksini tapıb. Elə bu səbəbdən də işıq üzü gördüyü gündən istər sadə oxucular arasında, istərsə də yüksək elm dairələrində geniş müzakirələrə səbəb olan bu kitablara olan maraq nəinki azalır, əksinə günbəgün artaraq daha geniş auditoriyaları əhatə edir. Bu cəhətdən Azərbaycan Turizm İnstitutunda da akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsinin təqdimatı maraqla qarşılanıb.
Tədbirdə çıxış edən institutun rektoru, professor Cəfər Cəfərov akademik Ramiz Mehdiyevin tariximizə güzgü tutan bu kitabının fundamental bir əsər kimi çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Rektor bildirib ki, bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur: “Akademik R.Mehdiyev bu kitabı yazarkən həm Azərbaycanda, həm də xarici ölkələrdə səfəvişünaslığın əsas nailiyyətlərini nəzərə alıb”.
Yaxın vaxtlarda kitabın ikinci hissəsinin də nəşr olunacağı bildirilib.
Diqqətə çatdırılıb ki, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabı yeddi fəsildən ibarətdir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: “Qərəzsiz və nifrətsiz”, “Səfəvilər sülaləsinin etnik mənsubiyyəti”, “Səfəviyyə” ordeninin yaranması və siyasiləşməsi”, “Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi”, “İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması”, “Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış”, “Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi”.
Tədbirdə çıxış edənlər əminliklə bildiriblər ki, akademik Ramiz Mehdiyevin tarixi əsərlərindən sonra Azərbaycan tarixinə, onunla bağlı olan hadisələrə azərbaycançılıq mövqeyindən yanaşılması prosesi daha da genişlənəcək və dərinləşəcək. Çıxışlarda belə bir fikir vurğulanıb ki, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabı Azərbaycan tarixini öyrənənlər üçün çox dəyərli və etibarlı mənbədir. O da qeyd edilib ki, “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış bu kitab mütəxəssislərin – tarixçilərin və şərqşünasların, habelə geniş oxucu kütləsinin marağına səbəb olacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info