“Korporativ qiymətli kağızlar bazarının həcmi 30 faizi ötüb”
Tarix: 24.10.2014 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Rüfət Aslanlı: “Qiymətli kağızlar bazarında müşahidə edilən pozitiv kəmiyyət göstəriciləri keyfiyyət elementləri ilə güclənib”

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2014-cü ilin 9 ayı ərzində fəaliyyətin yekunlarına və “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusunun müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı 2014-cü ilin 9 ayı ərzində dünya iqtisadiyyatında hökm sürən tərəddüdlər fonunda Azərbaycanda iqtisadi artım tempinin ənənəvi olaraq davam etdiyini, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndiyini və regional iqtisadi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdırdı. R.Aslanlı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sənayeləşmə layihələri nəticəsində qeyri-neft sektorunun ölkə iqtisadiyyatında dinamikanın əsas hərəkətverici qüvvəsinə çevrildiyini və sosial-iqtisadi layihələrin əhatəsinin ildən-ilə genişləndiyini qeyd edib. Komitə sədri çıxışının davamında cari ilin 9 ayı ərzində ölkənin kapital bazarlarında yüksək artım dinamikasının müşahidə edildiyini, maliyyə sektorunun mühüm seqmentlərindən biri kimi qiymətli kağızlar bazarında müşahidə edilən pozitiv kəmiyyət göstəricilərinin keyfiyyət elementləri ilə gücləndiyini, korporativ qiymətli kağızlar bazarının həcminin isə 30%-i ötdüyünü diqqətə çatdırıb.
R.Aslanlı, hesabat dövrü ərzində Prezidentin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədi ilə komitə tərəfindən qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra QKDK-nın sədrinin müavinləri və Aparatının rəhbəri çıxış edərək kurasiyalar üzrə struktur bölmələr tərəfindən 2014-cü ilin 9 ayı ərzində həyata keçirilmiş tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat verdilər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ictimaiyyət arasında bazar haqqında biliklərin artırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.
Sonda R.Aslanlı cari ilin 9 ayını bütövlükdə komitə üçün məhsuldar dövr kimi qiymətləndirərək 2014-ci ilin sonuna qədər struktur bölmələrin Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə bütün qüvvələrin səfərbər olunmasının zəruriliyini bildirib. Komitə sədri növbəti ildə qiymətli kağızların avtomatlaşdırılmış elektron qeydiyyatı sisteminin istifadəyə verilməsi, qiymətli kağızlar bazarında yeni əməliyyat sisteminin tətbiqi və sözügedən sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin kapital bazarında bilik və məlumatlılığın artırılmasına xidmət edən Listinq Məsləhət Proqramı və Kapital Bazarı üzrə Təlim Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, eləcə də ümumilikdə icra intizamının gücləndirilməsi barədə müvafiq tapşırıqlar verib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info