Səbail rayonunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vuruldu
Tarix: 24.10.2014 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Dünən Səbail Rayon İcra Hakimiyyətində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil olunan «Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığı inkişaf etdirilməsi» mövzusunda konfrans keçirilib. Konfransın işində KİVDF rəhbərliyi, Müşahidə Şurasının üzvləri, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi və Şura üzvləri ilə yanaşı, ölkənin 30-dan çox aparıcı qəzet və elektron informasiya vasitələrinin rəhbərləri, həmin KİV, rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Milli Mətbuatının keçdiyi böyük və şərəfli inkişaf yolundan danışaraq vurğulayıb ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Qeyd edilib ki, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı ölkə başçısının sərəncamına əsasən tikilərək istifadəyə verilmiş KİV nümayəndələri üçün yaşayış binasının və hazırda yeni tikilən binanın da məhz Səbail rayonunda yerləşməsini də əlamətdar hal kimi qeyd edib.
KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan A.Əsgərov bildirib ki, bu ilin iyul ayında Azərbaycan Milli Mətbuatının 139 illiyi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində ənənəvi olaraq KİV nümayəndələri ilə keçirilən tədbirdə artıq 2-ci dəfə «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda jurnalist yazıları müsabiqəsinin keçirilməsi barədə razılaşma əldə olunub. Müsabiqə iştirakçılarının əksəriyyəti Səbail rayonunun sosial-iqtisadi inkişafı, burada aparılan geniş miqyaslı işlər, həyata keçirilən layihələr barədə ətraflı materiallar işləyib, rayonun turizm potensialı, təhsil məsələləri, tarixi abidələri, görülən sosialyönümlü işlərin əhəmiyyətini, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqla bağlı rayonda görülən işləri vurğulayıblar.
Prezidenti yanında KİVDF-nin icraçı direktoru Vüqar Səfərli fondun fəaliyyəti, keçirilən tədbir və müsabiqələr, o cümlədən artıq 2-ci dəfə Səbail Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi barədə ətraflı məlumat verərək bildirib ki, müsabiqə Səbail rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyıb, 1 avqust – 31 sentyabr tarixlərində keçirilən müsabiqə ilə bağlı müxtəlif KİV-də 26 yazı dərc olunub.
KİVDF tərəfindən yaradılmış münsiflər komissiyası üzvləri tərəfindən yazılar yoxlanılıb, RİH-nin nümayəndələri də yazılarla tanış olaraq rəy veriblər.
V.Səfərli müsabiqənin təşkili, gedişi, iştirakçıların məqalələrinin analizi və qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib. Daha sonra müsabiqədə qalib gələn jurnalistlər mükafatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info