AİDA Pakistanda humanitar yardım aksiyası keçirib
Tarix: 24.10.2014 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Pakistanın İslamabad şəhərində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Pakistanın Cənubi Pəncab və Kəşmirdə sel daşqınlarından zərər çəkmiş insanlara humanitar yardım edilməsi ilə əlaqədar humanitar yardım aksiyası keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, AİDA tərəfindən edilmiş humanitar yardım Cənubi Pəncabın Multan, Muzaffargarh, Leyyah, Çinniot, Naroval, Sarqodha, Mandi Baha-ud-Din, Sialkot həmçinin Kəşmirin Müzəffərabad şəhərləri və Bağ bölgəsini əhatə edir. Qida rasionu paketlərindən ibarət olan yardımlar Federal hökumət nəzdində fəaliyyət göstərən Bayt-ul-Mal təşkilatı vasitəsi ilə təbii fəlakətdən zərər çəkmiş minlərlə insanlara paylanılacaqdır. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilib və yardım ümümilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insanı əhatə edəcəkdir.
Qeyd etmək lazımdır ki, Bay-tul-Malın nəzdində 33 kimsəsiz insanlar üçün evləri fəaliyyət göstərir, həmçinin bu qurum fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğuldur.
İslamabad şəhərində təşkil olunmuş mərasimdə Pakistanın Parlament işləri üzrə naziri Şeyx Aftab Əhməd, Pakistan parlamentinin deputatları Ramaiş Kumar Vankvani, Nazir Əhməd, Aamra Xan, Ayşə Syed, Sima Cilani, Tahirə Auranqzeyb, Fayaz- ud- Din, Nazir Xan, Əkrəm Sahib, həmçinin Çitralın Şahzadəsi, Milli Assambleyanın deputatı İftixar ud Din, Bayt-ul-Malın icraçı direktoru Abid Vahid Şeyx, tanınmış siyasətçilər, ziyalılar, Azərbaycan səfirliyinin əməkdaşları, təbii fəlakətdən zərər çəkmiş insanlar, həmçinin aparıcı elektron və media mənsublarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx Azərbaycan xalqı, hökuməti və AİDA-ya təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə dərin minnətdarlığını bildirib. O, bu yardımın zərərçəkmiş insanlar üçün təkcə maddi deyil, eyni zamanda mənəvi dəstək olduğunu vurğulamışdır. Abid Vahid Şeyx, eyni zamanda öz nitqində, Bay-tul-Malın fəaliyyəti haqqında məlumatlar verib. Natiq, Azərbaycanın 2012-ci ildən başlayaraq Beyt-ul-Mal ilə sıx əməkdaşlıq etdiyi, nəzdində fəaliyyət göstərən kimsəsizlər evlərinə mütəmadi yardımlar etdiyini qeyd edib.
Mərasimdə Azərbaycan-Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri barəsində danışılıb, Azərbaycan Respubliaksı Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti haqqında geniş məlumatlar verib, AİDA-nın 30-dan çox Latın Amerikası, Afrika və Asiyada yerləşən ölkələrdə müxtəlif layihələr icra etdiyi, humanitar yardımlar çatdırdığını vurğulayıb. Bildirilib ki, AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra edib və bununla da minlərlə insanı içməli su ilə təchiz edib.
Ali qonaq qismində mərasimdə iştirak edən Parlament işləri üzrə nazir Şeyx Aftab Əhməd toplantı iştirakçılarına müraciət edərək Azərbaycan tərəfindən edilmiş humanitar yardımın iki qardaş ölkə arasında olan münasibətlərin yüksək göstəricisi kimi qiymətləndirib. Şeyx Aftab Əhməd ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik olmasına görə Azərbaycan xalqı və ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. Nazir Azərbaycanın iqtisadi tərəqqiyə nail olduğunu deyərək artıq Azərbaycanın donor ölkəyə çevrildiyini bildirib. Natiq, eyni zamanda, Bayt-ul–Malın fəaliyyətini yüksək qiymətləndirib, məhz hal hazırda hakimiyyətdə olan Navaz Şərifin 1992-ci ildə bu təşkilatı yaratdığını vurğulayıb.
Mərasimin sonunda tədbirdə iştirak edən qonaqlar AİDA-nın adından bir neçə nəfər zərərçəkmiş insana simvolik olaraq qida paketləri paylayıblar.
Tədbirdən sonra Səfirliyin əməkdaşı İlham Məmmədov tədbirdə iştirak edən Pakistanın aparıcı televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı diplomat, jurnalistlərin ikitərəfli Azərbaycan-Pakistan əlaqələri, Azərbaycanda gedən yenidənqurma işləri, Azərbaycan tərəfindən Pakistanda icra edilmiş inkişaf və humanitar layihələri, Heydər Əliyev Fondu və AİDA-nın fəaliyyəti və digər sualları cavablandırıb.
Burada bildirilir ki, 23 oktyabr tarixində İslamabad şəhərində start verilmiş humanitar aksiya proqramı Pakistanın - Multan, Muzaffargarh, Leyyah, Çinniot, Naroval, Sarqodha, Mandi Baha-ud-Din, Sialkot və digər şəhərlərində də davam etdiriləcəkdir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
19.11.2019
ADRA əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar
19.11.2019
Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
19.11.2019
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info