TUMİB - in təşkilatçılığı ilə Gəncədə bələdiyyə seçkiləri ilə bağlı tədbir keçirilib
Tarix: 24.10.2014 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Gəncə şəhərində baş tutub.
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev təmsil etdiyi partiyanın vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu bldirib. N.Həmzəyev deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Natiq gənclərin fəallığına hesablanmış layihələri bundan sonra da dəstəkləməyə hazır olduqlarını bildirib: “Bələdiyyə üzvlüyünə namizədlərimizi müəyyənləşdirərkən gənclərə və qadınlara xüsusi üstünlük verəcəyik. Gənclərimizin fərdi təşəbbüslərini dəstəkləmək, onların potensialını üzə çıxarmaq üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

TUMİB sədri Çingiz Bayramov son illər Azərbaycanda gənclərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, dövlət qurumları ilə yanaşı, milli donor təşkilatları da yeniyetmə və gənclərimizin öz ideyalarını reallaşdırmalarına hərtərəfli dəstək olurlar. Ç.Bayramov həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bələdiyyələrin səlahiyətlərinin artırılması ilə bağlı son sərəncamını yüksək qiymətləndirərək, bu mühüm sənədin yerli özünüidarəetmə orqanlarının nüfuzunun artırılmasıa hesablandığını vurqulayıb.
Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bələdiyyələrlə bağlı yerli və beynəlxalq qanunvericilik barədə məlumat verib. S.Verdizadə deyib ki, bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd gənclərin potensialını üzə çıxarmağa hesablanıb. Ekspert gəncləri bələdiyyə seçkilərində özlərini sınamağa səsləyib.
Sonda tədbir iştirakçıları bələdiyyələrin ölkənin həyatında mühüm rol oynadıqlarını vurğulayaraq, seçki kampaniyasında fəal iştirak edəcəklərini bildiriblər.


Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb
19.06.2019
Bank mütəxəssis axtarır
19.06.2019
“Paşa Sığorta” işçi axtarır
19.06.2019
“Veysəloğlu” işçi axtarır
19.06.2019
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info