Rus pilotoloq: “Rusiya-Azərbaycan münasibətləri ciddi şəkildə inkişaf edib”
Tarix: 24.10.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Son aylar ərzində rus rəsmilərin, politoloq və ictimai fəalların Azərbaycanın paytaxtına rəsmi və işgüzar səfərlər edib. Onların hər biri Qərb və Rusiya münasibətlərinin gərginləşməsi fonunda Bakı ilə bütün sferalarda əlaqələri genişləndirmək istəyən Moskvanın yeni xarici siyasət konsepsiyasının tapşırıqlarının yerinə yetirilməsinə yönəlib. “Vestnik Kavkaza” agentliyi Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasətçi Sergey Markovun bu mövzuda fikirlərini yayıb. O hesab edir ki, son illər ərzində Rusiya-Azərbaycan münasibətləri ciddi şəkildə inkişaf edib: “Müdafiə naziri Sergey Şoyqunun Bakıya son səfəri zamanı Xəzər dənizində birgə hərbi təlimlərin keçirilməsi barədə qərar verildi, hansı ki, uzun müddət idi ki, belə təlimlər keçirilmirdi. Moskva meri Sergey Sobyanın, həmçinin, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfər etdi”. Oktyabrın əvvəlində Federasiya Şurasının rəhbəri Valentina Matvienko Baki Beynəlxalq Humanitar Forumunda iştirak edib. Markov forumun Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə keçirildiyini də xatırladıb: “Bu gün Azərbaycan Rusiyanın aktiv iştirakı ilə bu ənənəni davam etdirir. Hesab edirəm ki, forumun vacib humanitar foruma çevrilmək şansı var. Çünki Bakı Forumunun yaxşı əsasları var, burada güclü insanlar iştirak edir və ümid edirik ki, forum inkişaf etməkdə davam edəcək”. Rusiya-Azərbaycan münasibətlərindən danışarkən Markov iki ölkə prezidentinin rolunu xüsusilə vurğulayıb. O qeyd edib ki, İlham Əliyevin Azərbaycandakı dərəcəsi Putinin Rusiyadakı dərəcəsi ilə müqayisə edilə bilər: “Biz Azərbaycanda prezident seçkilərində müşahidəçi kimi iştirak etdik. İlham Əliyevin qələbəsinin necə hüquqi və güclü olduğunu görmək heyrətamiz idi. Vətəndaşlar pozitiv inkişafı dəstəkləyir”.

F.Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info