“Ankara Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq”
Tarix: 25.10.2014 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


“Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil”. Bunu Türkiyənin Rusiyadakı yeni səfiri Ümit Yardım "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında deyib.
"Mən İranda çalışdığım zaman anladım ki, siyasətdə gözlənilən nəticəni əldə etmək üçün sanksiya metod deyil. Türkiyənin mövqeyi BMT Təhlükəsizlik Şurasının çıxardığı qərarlara uyğun hərəkət etməkdir. Bu istiqamətdə münasibətlərimizi davam etdirəcəyik"- deyə Y. Yardım bildirib. Səfir Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının dekabr ayında keçiriləcəyini də söyləyib. Səfir iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmaq məqsədinin qarşıya qoyulduğunu söyləyib: "Biz çox qısa bir müddətdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini 2 milyarddan 32 milyarda dollara çatdırmışıq. Bu rəqəmlər iki ölkənin potensialına əsaslanır. İnanırıq ki, ticarət dövriyyəsinin həcmini 100 milyard dollara da çatdırmaq olar". Ü. Yardım Rusiyanın Türkiyənin ikinci iri ticarət tərəfdaşı olduğunu bildirib: "Türkiyə isə Rusiyanın 8-ci böyük ticarət tərəfdaşıdır. Əlbəttə ki, tərəfdaşımız Rusiya hər zaman bizim inkişafımızın ayrılmaz hissəsi olaraq qalacaq".




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info