“Qarabağ” qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası oldu
Tarix: 25.10.2014 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” komandası növbəti oyununu keçirib.
Ağdam təmsilçisi Kiyevdəki Olimpiya stadionunda yerli “Dnepr” komandası ilə qarşılaşıb. Çexiyalı baş hakim Libor Kovrajin idarə etdiyi qarşılaşmada ilk real qol vəziyyətini görüşün 10-cu dəqiqəsində “Qarabağ”ın hücumçusu Reynaldo yaradıb və onun qüvvətli zərbəsini ukraynalı qapıçı Denis Boyko çətinliklə dəf edib. Kobud oyuna görə, ardıcıl olaraq “Dnepr”in futbolçuları Artyom Fedetskiy və Sergey Kravçenko sarı vərəqə ilə cəzalandırılıblar. Matçın 21-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Muerrem Muerremin gözəl qolu stadiona toplaşan azarkeşləri sevindirib. Beş dəqiqə sonra Vüqar Nadirova da sarı vərəqə göstərilib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi “Qarabağ”ın minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. Görüşün ikinci hissəsində hər iki komanda əzmkarlıq nümayiş etdirsə də, hesabda dəyişiklik olmayıb. Bu hissədə “Qarabağ” və “Dnepr”in iki oyunçusu sarı vərəqə ilə cəzalandırılıb. Beləliklə, görüş 1:0 hesabı ilə “Qarabağ” komandasının xeyrinə başa çatıb. Bu qələbə ilə Ağdam təmsilçisi Avropa Liqası yarışlarının qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası kimi tarixə düşüb. “Qarabağ” turnirdə növbəti oyununu noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda “Dnepr” komandasına qarşı keçirəcək. Qeyd edək ki, qrup mərhələsi çərçivəsində “Qarabağ” ilk oyununu doğma meydanda Fransanın “Sent-Etyen” komandasına qarşı keçirib və görüşdə hesab açılmayıb. İkinci oyunda İtaliyanın “İnter” komandasının qonağı olan “Qarabağ” rəqibinə 0:2 hesabı ilə məğlub olub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info