“Dnepr”in müdafiəçisi: “Messi və Ronaldo da bizə kömək edə bilməzdi”
Tarix: 25.10.2014 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


“Biz çox pis oynadıq. Əks-hücumdan top buraxıb, uduzduq”. Bu sözləri “Dnepr”in müdafiəçisi Artyom Fedetski deyib. Avropa Liqasının qrup mərhələsinin III turunda doğma meydanda “Qarabağ”a 0:1 hesabı ilə uduzan Dnepropetrovsk təmsilçisinin futbolçusu Azərbaycan klubunun yaxşı müdafiə olunduğunu bildirib: “Bilirdik ki, rəqib müdafiədən oynayacaq, güclü cəhətlərimizi öyrənib, cinahları bağlayacaqlar. Belə də oldu və bizi əks hücumda yaxaladılar. İkinci hissədə vəziyyəti xeyrimizə dəyişməyə çalışdıq. Ancaq qatar artıq getmişdi. Qol vəziyyətləri yaratdıq, amma real epizodlar deyildi. Bu oyunda hətta Lionel Messi və Kriştianu Ronaldo da bizə kömək edə bilməzdi”. Fedetski bildirib ki, stadiona toplaşan azarkeşlərin böyük hissəsi “Qarabağ”a dəstək verirdi: “Stadionda 3000 azarkeş var idi. Onlardan 2800-ü “Qarabağ” tərəfdarı idi. Fikrimcə, yaxşı olardı ki, biz “Obolon” və yaxud “Dinamo” stadionunda oynayardıq. Amma “Olimpiyski” stadionunda oynayanda elə təəssürat yaranır ki, sanki yoldaşlıq matçına çıxmışıq. Azarkeş olmur. Biz Dnepropetrovskda oynasaydıq, azarkeşlərimizin dəstəyi altında “Qarabağ”ı əzib keçərdik”.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Barselona“ “Sevilya“nı məğlubiyyətə uğradıb
23.02.2019
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info