“Times of İsrael” qəzeti: “Fakt odur ki, Ermənistan ABŞ-ın müttəfiqi deyil”
Tarix: 27.10.2014 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Populyar “Times of İsrael” qəzetində erməni lobbisinin ABŞ Konqresinin üzvlərinə və ABŞ siyasətinə təsirindən bəhs edən məqalə dərc olunub.
“Baltimore Jewish Times” qəzetinin sabiq baş redaktoru, tanınmış publisist Maayan Jaffe sözügedən məqalədə ermənilərin Konqresdə yaratdığı lobbi qrupuna 88 konqresmen və senatoru cəlb etdiyini qeyd edib: “Bu isə o deməkdir ki, lobbi Nümayəndələr Palatası və Senatın gündəminə erməni məsələsini gətirmək üçün həmin şəxslərə bel bağlaya bilər”.
Qeyd olunur ki, digər əlamətdar lobbilər kimi, Amerikadakı erməni lobbisi də bir qrupdan ibarət deyil və bir neçə təşkilatın şəbəkəsini əks etdirir: “Bu qruplar sırasında Erməni Amerika Siyasi Fəaliyyət Komitəsi, Amerika Erməni Milli Komitəsi və Amerika Erməni Assambleyası kimi təşkilatlar yer alır. Onlar dövlət qurumları tərəfindən qəbul edilir və dəstəklənir. Bu təşkilatlar fəal siyasi rol oynayır və Ermənistanın İran və Rusiya ilə əlaqələrinə “örtük” rolu oynayır”.

Məqalə müəllifi İraqda amerikalı hərbçilərin öldürüldüyü silahların Ermənistan üzərindən İrana satılması faktının 2010-cu ildə “Wikileaks” tərəfindən açıqlandığına toxunub. O vaxt dövlət katibinin köməkçisi olan Con Neqraponte tərəfindən Ermənistan prezidentinə göndərilən məktubda da 2007-ci ildə amerikalı hərbçilərə hücum edən iki şiə qrupunun silahlarının Ermənistandan alınması barədə dərin narahatlıq qeyd olunub: “Lakin hələ də erməni lobbisinin səyləri ilə ABŞ Ermənistana siyasi və maddi yardım göstərməyə davam edir”.

M.Jaffe “Asbarez” və digər erməni qəzetlərinin sentyabr ayında “Azərbaycanın İrana kəşfiyyat təyyarələri göndərmək üçün İsrailə öz ərazisindən uçuş icazəsi verməsi” kimi xəbərlər yaydığını və bu ölkənin İranla münasibətlərində gərginlik yaratmağa çalışmasına da toxunub: “Düşünmək olardı ki, Amerikada çıxan erməni qəzeti İranın nüvə proqramına qarşı yönələn xətti dəstəkləyir. Lakin bunun əvəzində davamlı olaraq bu qəzetdə “Azərbaycanın İrana qarşı kəşfiyyatda köməklik göstərməsi” kimi xəbərlərə rast gəlirik. Fakt odur ki, Ermənistan ABŞ-ın müttəfiqi deyil və nüvə proqramı məsələsində Amerikanın yanında yer almır. Buna baxmayaraq, Ermənistanın ABŞ Konqresindəki dostları bu ölkənin İranla sıx münasibətlərini ört-basdır etməyə çalışır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
19.11.2019
ADRA əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar
19.11.2019
Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
19.11.2019
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info