“Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq prizması baxımından“ adlı konfrans
Tarix: 27.10.2014 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Layihə İdarəetmə Assosiasiyası tərəfindən Türkiyənin Bursa şəhərində "Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq prizması baxımından” adlı konfrans keçirilib.
Şuradan verilən məlumata görə, toplantını giriş sözü ilə açan Layihə İdarəetmə Assosiasiyasının sədri, prof. Çətin Almas həyata keçirdikləri layihənin əhəmiyyəti haqqında danışıb və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını beynəlxalq hüququn təməl prinsiplərinin kobud şəkildə pozulması adlandırıb.
Konfransda prof. Dr. Həsən Tunç, prof. Dr. Necdət Hayta, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və digər şəxslər məruzə ilə çıxış ediblər.
Toplantıda çıxış edən şəxslər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləyərək münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təsbit olunduğunu qeyd ediblər. Bu qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün zəpt olunmuş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Məruzəçilər vurğulayıblar ki, Ermənistan tərəfi işğalçılıq siyasətini gizlətmək üçün beynəlxalq hüququn xalqların öz müqəddəratını təyinetmə prinsipindən sui-istifadə etməyə çalışır. Halbuki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində xalqların öz müqəddəratını təyinetmə hüququ daxili hüquq kimi ifadə oluna bilər. Bu hüququn da yalnız Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldıqdan və azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra ölkəmizin sərhədləri daxilində reallaşdırılması mümkündür.
Tədbir iştirakçıları münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti bu məsələyə diqqətini artırmağa çağırıblar.
Toplantıda ekspertlər, professorlar, çoxsaylı media və QHT nümayəndələri iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info