Naxçıvan MR Mətbuat Şurasından Norveçin Rafto Fonduna tutarlı cavab
Tarix: 27.10.2014 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


“Ölkəmizə qarşı qərəzli mövqeyin təbliğatçılarından olan Norveçin Rafto fondu “QHT rəhbəri-jurnalist” kimi ictimaiyyətə sırımağa çalışdığı Məlahət Nəsibovanın istəyi ilə müraciət yayıb. Fondun müxtəlif ölkələrdə himayə etdiyi 12 “mükafatçısı”nın imzaladığı həmin müraciət isə öz utopik məzmunu ilə bu qəbildən olan digər qarayaxmaları kölgədə qoyur”. Bu fikirlər Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının Norveçin Rafto fondunun müraciətə cavab olaraq yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Naxçıvan ictimaiyyəti və burada yaşayan sakinlər tərəfindən indiyədək jurnalist və ya hüquq müdafiəçisi kimi tanınmayan Məlahət və İlqar Nəsibovların yalan və böhtanları əsasında müraciət yaymış “laureatlar” şübhəsiz ki, Nəsibovların söz və mətbuat azadlığı sahəsindəki qanunlardan xəbərsiz olduqlarından, Azərbaycan jurnalistlərinin peşə davranışları qaydalarına əməl etmədiklərindən kifayət qədər məlumatlıdırlar: "Lakin bütün bunlara baxmayaraq, Rafto Fondu kimi mərkəzlər Nəsibovların “reket jurnalistika” ilə məşğul olmalarına haqq qazandırır, onların dəlil və sübutlar olmayan iddialarını müdafiə edirlər. İlqar Nəsibovun və onun yaxın dostu olmuş Fərid Əsgərovun qarşılıqlı şikayətləri əsasında yaxın günlərdə başlanacaq məhkəmə çəkişməsi ərəfəsində Rafto Fondunun elektron KİV vasitəsi ilə Azərbaycana qarşı absurd iddialarla dolu olan məlumat yayması bir daha ölkəmizə qarşı qərəzli təbliğat aparılmasından xəbər verir. Məlumatın məzmununda Rafto Fnduna İlqar Nəsibova qarşı amansız hücum törədildiyi haqqında məlumat gəldiyinin qeyd edilməsi bir daha onu göstərir ki, aparılan qərəzli təbliğatın aparıcı siması fond tərəfindən maliyyə vasitələri ilə təmin olunan Məlahət Nəsibovadır. Heç təəccüblü deyil ki, fond tərəfindən yayılmış məlumatda Məlahət Nəsibovanın ölkədəki “reket nəşrlərdə” səsləndirdiyi iddialar təkrar olaraq yer alıb.
Naxçıvan MR Mətbuat Şurası məsələ ilə bağlı apardığı araşdırma zamanı məlum olub ki, İlqar Nəsibovun iştirakçısı olduğu dava-dalaşla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən Məlahət Nəsibovanın müraciətdən dərhal sonra hadisə yerinə - Nəsibovların ofisinə baxış keçirilib, hadisənin araşdırılmasına başlanıb. Daxili İşlər Nazirliyinin araşdırmanın nəticələrinə dair verdiyi rəsmi məlumatından məsələnin heç də Nəsibovların iddia etdiyi kimi siyasi məcrada olmadığı məlum olub. Belə ki, hadisə əyyaşlıqla məşğul olan İlqar Nəsibovun sərxoş vəziyyətdə düşdüyü məişət zəminindəki mübahisənin nəticəsi olub. Onun təhqir edərək əlbə-yaxa dava etdiyi və xəsarət yetirdiyi şəxs hazırda müxalifətdə olan Vətəndaş Həmrəyliyi Partiyasının təşkilat sədri olmuş Fərid Əsgərov isə Nəsibovlarla yaxın münasibətlərdə olub. Nəsibovların ofislərinin dağıdılması haqqında səsləndirilmiş fikirlər isə tam əsassız olub, bu günədək təsdiqini tapmayıb. İddiaların əksinə olaraq, İlqar Nəsibova hadisədən dərhal sonra ixtisaslaşmış tibbi yardım göstərilib, lakin sonradan o, Məlahət Nəsibova tərəfindən müalicədən təcrid edilib. Nəsibovların hərəkət azadlıqlarının məhdudlaşdırılması uydurmasına gəldikdə isə ictimaiyyətin diqqətinə çatdırırıq ki, onlar istədikləri qədər xarici ölkələrdə və Bakı şəhərində olurlar. Misal üçün, Nəsibovlar 30 avqust - 1 sentyabr 2014-cü il tarixlərdə Türkiyə Respublikasında olublar. Sentyabrın 7-də İran İslam Respublikasına, daha sonra isə Bakı şəhərinə gediblər. Bundan başqa, Nəsibovlar sentyabrın 14-də “Milli Şura“ adlı qurumun iclasında və sentyabrın 22-də müxalifətin aksiyasında iştirak etmək üçün Bakı şəhərində olublar.
Özlərini demokratik dəyərlərin təbliğatçısı kimi qələmə verən raftoçuların İlqar Nəsibov haqqında onun əl və ayaq barmaqlarını qırdığı şəxs tərəfindən verilmiş şikayət əsasında başlanmış istintaqın ləğv edilməsi tələbini irəli sürməsini yalnız sayıqlama kimi qiymətləndirmək olar. Müraciətlərində əsası olmayan iddialar irəli sürmüş raftoçular bilməlidirlər ki, İlqar Nəsibovun şikayəti 92 nəfəri terror yolu ilə qətlə yetirib, 96 nəfəri isə yaralamış Norveç terrorçusu Andres Bering Breyvikin istintaqından daha şəffaf, daha ədalətli və daha səmərəli araşdırılıb.
Öz “tələblərində” BMT haqqında xatırladan raftoçulara təkcə bir məqamı xatırlatmağı lazım bilirik: Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər və işğalçılıqla bağlı BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Bu işğal nəticəsində qaçqın düşmüş 1 milyondan artıq insanın hüquqlarını müdafiə etmək üçün Norveç kimi dövlətlər, Rafto kimi qərəzli qurumlar və Nəsibovlar kimi qondarma hüquq müdafiəçiləri bu günədək heç bir fəaliyyət göstərməyiblər.
Rafto və onun “qəhrəmanları” qərəzli mövqeyindən çıxış edərək Azərbaycanda azadlıq və demokratiyanın olmadığını iddia edib, orta əsr səlib təfəkkürü ilə qədim dövlətçilik tarixinə malik ölkəmizə qarşı “tələblər” irəli sürməsi cəmiyyət tərəfindən sadəcə gülünclə qarşılanmaqdadır. Naxçıvan MR Mətbuat Şurası Azərbaycan Respublikası qanunlarına hörmətlə yanaşılmasını, söz və mətbuat azadlığının verdiyi imkanlardan sui-istifadə edərək Naxçıvan Muxtar Respublikasına qarşı aparılan qarayaxma təbliğatın dərhal dayandırılmasını, belə fəaliyyətlərlə məşğul olan, başda Norveçin Rafto Fondu olmala bütün qurum, təşkilat, yerli və xarici QHT və jurnalistlərdən tələb edir".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info