ADTGT gənclərə seçici maarifçiliyinə dair təlimləri Şirvanda yekunlaşdırıb
Tarix: 27.10.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi maarifləndirici layihəyə uyğun seçici maarifçiliyi təlimlərini son olaraq Şirvan şəhərində yekunlaşdırdı.
“Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçici maarifçiliyi üzrə Yay Məktəbi” adlanan layihə Qax, Ağsu, Salyan və Masallı rayonları və Şirvan şəhərində 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri öncəsi vəziyyətə dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, “Yay Məktəbləri” vasitəsilə ilk dəfə səs verəcək region gənclərinə seçici hüquq və öhdəlikləri, bələdiyyə seçki qanunvericiliyi, seçki prosedurları və bələdiyyələrin səlahiyyətləri mövzularında interaktiv üsullarla maarifləndirici təlim sessiyalarının keçirilməsinə, “Bələdiyyə Qanunvericiliyi Toplusu”, “İlk dəfə səs verəcək gənclər üçün Yaddaş Kitabçası”nın, təbliğati plakatların yayımına, gənc könüllü ictimai müşahidəcilərin hazırlanmasına, geniş PR fəaliyyətinə və davamlılıq olaraq Əməkdaşlıq Şəbəkəsinin qurulmasına yönəlib.
Şirvan Gənclərinin Asudə Vaxt Mərkəzində ilk dəfə səs verəcək fəal region gənclərinin iştirakı ilə keçirilən Yay Məktəbinin - təlim sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, layihənin koordinatoru Gülnarə Bağırova, təlimçi-ekspert Dadaş Əhmədov, şəhər icra hakimiyyətinin məsul əməkdaşı Rövşən Yolçuyev, gənclər və idman idarəsinin rəisi Azər Quliyev iştirak edirdilər.
Rəsmi plenar hissədən sonra təlimçi-ekspert qarşıdan gələn bələdiyyə seçkilərində ilk dəfə vətəndaş məsuliyyəti daşıyacaq şəhər gənclərinə milli qanunvericiliyə uyğun seçici hüquq və vəzifələri, seçici öhdəlikləri, seçki prosedur və qaydaları, bələdiyyə qanunvericiliyi, bələdiyyələrin cəmiyyətdə və yerli idarəçilikdə rol və səlahiyyətləri haqqında geniş bilgi və informasiyalar çatdırdı.
Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələlər, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olundu, sorğu və qiymətləndirmə aparıldı.
2 gün davam edən Şirvan “Yay Məktəbi”nin sonunda iştirakçılara təlimin yekunlarına dair sertifikatlar təqdim olundu.
Qeyd edək ki, layihənin əsas mədsədi qarşıdan gələn bələdiyyə seçkilərində regionların ilk dəfə səs verəcək gənclərinin seçici maarifçiliyi sahəsində informasiya səviyyələrini yüksəltməklə, onların seçkilərdə fəal iştirakına nail olmaq və gənc elektoratın müstəqil, ədalətli və azad qərar qəbul etmək qabiliyyətini artırmaqdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info