Səfir “İntelligo News” xəbər saytına verdiyi müsahibəsində Qarabağ münaqişəsindən söz açıb
Tarix: 27.10.2014 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov “İntelligo News” xəbər saytına verdiyi müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Münaqişənin kökləri, səbəbləri, onun nizamlanmasına dair danışıqlar prosesi barədə ətraflı məlumat verən səfir bildirib ki, hələ 1988-ci ildə başlayan gərginlik silahlı münaqişə ilə nəticələndi. Torpaqlarımızın 20 faizi işğal olundu və bir milyondan çox soydaşımız Ermənistandakı və Azərbaycandakı doğma yurd-yuvalarından didərgin düşdü. Münaqişənin qanlı nəticələrindən zərər çəkmiş insanlarla yanaşı, konseptual cəhətdən onun digər qurbanı beynəlxalq hüququn tətbiq edilmə təcrübəsi olub. BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qərarları və sənədlərinə hələ də əməl olunmur. Ermənistan tərəfindən “dini toqquşma” kimi dünyaya təqdim edilən bu silahlı münaqişə nəticəsində hazırda Cənubi Qafqaz regionunda vəziyyət gərgin olaraq qalır. Bu baxımdan, yaxın günlərdə Fransa Prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü böyük əhəmiyyət daşıyır.
Səfir diqqətə çatdırıb ki, ATƏT-in Minsk prosesində Avropa İttifaqının bir neçə üzv ölkəsinin iştirak etməsinə baxmayaraq, münaqişənin nəticələrinin aradan qaldırılması və işğal olunmuş ərazilərin sosial-iqtisadi cəhətdən bərpası istiqamətində qurum heç vaxt ölkəmizə yardım göstərməyib. Münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyinin birmənalı olduğunu vurğulayan V.Sadıqov bildirib ki, Ermənistan silahlı qüvvələri ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Rəsmi Bakı Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə və bu bölgənin iqtisadi inkişafı üçün tədbirlər həyata keçirməyə hazırdır. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ən böyük güzəşti ola bilər. Lakin, bu məsələ yalnız Azərbaycan torpaqları işğaldan azad edildikdən və azərbaycanlıların öz yurdlarına qayıtmasından sonra həllini tapa bilər. Münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olan Azərbaycanın, eyni zamanda, torpaqlarını hərb yolu ilə də azad etmək haqqı vardır. Bu da mövcud beynəlxalq münasibətlər təcrübəsi ilə tənzimlənən özünümüdafiə hüququ üzərində qurulmuş bir mövqedir.
Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:
http://www.intelligonews.it/dopo-russia-ucraina-scoppia-la-mina-azerbaigian-armenia-parla-lambasciatore-sadiqov
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info