“AtaBank” 2014-cü il sentyabr ayına maliyyə nəticələrini açıqladı
Tarix: 27.10.2014 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC-nin 2014-cü ilin sentyabr ayının maliyyə nəticələri uğurlu olmuşdur. Belə ki, 2013-ci ilin sonu ilə müqayisədə aktivlər 22,3 % və ya 83,8 mln. manat artaraq 458,7 mln. manat olub. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də əhəmiyyətli dərəcədə artım olub. Ümumi kredit portfeli 39,1% və ya 94,4 mln. manat artaraq 336,1 mln. manat təşkil edib. Hesabat tarixinə bankın depozit portfelində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 31,6% və ya 77 mln. manat artaraq, 321,1 mln. manat təşkil edib. Qeyd edək ki, 2013-ci ilin sonunda bu göstərici 244,1 mln. manat təşkil edib. 2013-ci ilin sonu ilə müqayisədə nizamnamə kapitalı 18,7 % və ya 7,0 mln. manat artaraq 44,5 mln. manat olub. Ölkə iqtisadiyyatının inkişafına daim dəstək olan “AtaBank” ASC cari ildə real sektorun maliyyələşdirilməsini prioritet istiqamət olaraq seçib. Bunun nəticəsidir ki, 2014-cü ilin III rübünün sonuna hüquqi şəxslərə verilmiş kreditlərin həcmi 199,1 mln. manat təşkil edib. Qeyd etmək lazımdır ki, hal-hazırda bankın kredit portfelində hüquqi şəxslərin xüsusi çəkisi 59,2% təşkil edir. Bu isə 2013-cü ilin sonu ilə müqayisədə 29,0% artım deməkdir. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 25 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-i Bakı şəhərində, 13-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir. Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info