Mətbuat Şurası Gəncədə dəyirmi masa keçirib
Tarix: 27.10.2014 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Gəncədə «Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda dəyirmi masa keçirilib. Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək» layihəsi çərçivəsində baş tutmuş tədbirdə Gəncə ilə yanaşı ətraf bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər.
Toplantını giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Həsən Məmmədov açaraq şəhərdə fəaliyyət göstərən media orqanları ilə bağlı məlumat verib. Şuranın gerçəkləşdirdiyi layihənin əhəmiyyətinə toxunan H.Məmmədov ana dilinin qorunması işində bütövlükdə cəmiyyətin mütəşəkkillik göstərməsinin vacibliyini əsaslandırıb.
MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın media məkanında ədəbi dilin qorunması məsələlərinə daim diqqət yetirir. Şura müxtəlif illərdə mövcud istiqamətdə təşəbbüslər reallaşdırıb. Bu baxımdan mətbuat orqanlarının monitorinqi mühüm əhəmiyyət daşımaqdadır. «Monitorinq Mətbuat Şurasının müvafiq təlimatına əsasən aparılır. Burada leksik, qrammatik, üslub pozuntularına diqqət yetirilir. Eyni zamanda müxtəlif maarifləndirici tədbirlərlə medianın dil məsələlərinə önəm verməsinin vacibliyi diqqətə çatdırılır. Hazırkı layihə fəaliyyətimizi daha da intensivləşdirmək baxımından əhəmiyyət daşıyır. Eyni zamanda layihə Azərbaycan dövlətinin dil məsələlərinə həssas münasibətinin göstəricisidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» qəbul edilib. Proqram məsələyə fundamental yanaşma baxımından son dərəcə faydalıdır. Orada Mətbuat Şurasının üzərinə də icra məsuliyyəti düşür. Buna görə də qurum həm monitorinqlərini davam etdirir, həm də müxtəlif maarifləndirici tədbirlər həyata keçirir», - deyə o əlavə edib.
«Gəncənin səsi» qəzetinin baş redaktoru Rəfiqə Sadıqova bir sıra xarici dillərdən Azərbaycan dilinə sözlərin daxil olduğunu bildirərək KİV-lərin əsasən həmin sözlərdən istifadəyə maraq göstərdiklərini qeyd edib. Halbuki Azərbaycan dilinin imkanları genişdir. R.Sadıqova da çıxışında bu kimi hallara qarşı təsir mexanizminin həyata keçirilməsini vacib sayıb.
Yevlaxda nəşr olunan «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızı mətbuatda, eləcə də digər sahələrdə ana dilinin norma və tələblərinin pozulmasına qarşı ictimai qınağın artırılmasının vacibliyindən söz açıb və təklif edib ki, dil xətalarına mütəmadi yol verən media orqanlarının adları cəmiyyətə açıqlansın.
Çıxış edənlərdən MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə, «Yeni Gəncə» qəzetinin baş redaktoru Süsən Tağıyeva, «İnteraz» TV-nin bölgə müxbiri Qalib Rəhimli və başqaları ana dilindən istifadə sahəsindəki pozuntulara qarşı cəmiyyətin yekdil reaksiyasını formalaşdırmağa ehtiyacın duyulduğunu vurğulayıblar.
Sonda çıxış edən MŞ sədri Əflatun Amaşov tədbirin təşkilinə göstərdiyi köməyə görə Gəncə şəhər rəhbərliyinə təşəkkürünü bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Türkiyə Prezidenti Allahşükür Paşazadəni təbrik edib
14.11.2019
Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14.11.2019
ƏƏSMN və Baş Prokurorluq birgə məlumat yaydılar
14.11.2019
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info