ERRA sədri: “Azərbaycan qazının Avropa bazarlarına çıxarılması qarşımızda duran mühüm vəzifələrdəndir”
Tarix: 27.10.2014 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Azərbaycan kimi böyük təbii qaz ehtiyatlarına malik ölkələrin Avropa bazarlarına çıxarılması qarşımızda duran mühüm vəzifələrdəndir. Bunu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) rəhbəri Alparslan Bayraktar jurnalistlərə deyib. Onun sözlərinə görə, su qaynaqlarından səmərəli istifadə və bundan alternativ enerjinin alınması ERRA-nın qarşısında duran mühüm məsələdir: “Azərbaycan, Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ kimi böyük enerji ehtiyatlarına malik, o cümlədən də Gürcüstan, Türkiyə və Avropa ölkələri kimi enerji ehtiyatları olmayan dövlətlər var. Hazırda biz bu ölkələrin enerji problemlərini və qarşılıqlı əməkdaşlığın bərpasını, daha da gücləndirilməsini müzakirə edirik”. A. Bayraktar əlavə edib ki, qonşu ölkələr, xüsusilə də Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə inkişafı da müzakirə olunan məsələlər arasındadır: “Bu ölkələr arasındakı münasibətlər yalnız təbii qaz və neftlə bağlı deyil, regional enerji bazarının təmin edilməsi ilə bağlıdır. Son dövrlərdə yenilənən enerjinin təminatı məsələsində də yeni proseslərin baş verdiyini görürük. Artıq Gürcüstanda yenilənən enerjinin təminatı üçün geniş su ehtiyatları var. Bu resursların istehsal olunub, Azərbaycan və Türkiyə kimi qonşu ölkələrə nəql olunması və bununla bağlı bazarın yaradılması çox vacibdir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info