“Azərbaycan, Gürcüstan və Türkiyənin bütün sahələrdə əməkdaşlığı bölgədə ən etibarlı tərəfdaşlıqdır”
Tarix: 27.10.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Bakıda Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü toplantısı keçirilir. Konfransda 40-a yaxın ölkədən 200-dən artıq nümayəndə iştirak edir. Konfransın açılışında çıxış edən ERRA-nın sədri Alparslan Bayraktar qurumun toplantısının Azərbaycanda keçirilməsindən məmnunluq ifadə edib. O, ERRA ölkələrindən də danışaraq qeyd edib ki, Azərbaycan bu ölkələr arasında ən sürətlə inkişaf edən dövlətdir: “ERRA dövlətləri arasında qurulan əməkdaşlıq çox mühüm əhəmiyyətə malikdir. Xüsusilə də enerji təchizatı sahəsində inkişaf edən əməkdaşlıq Azərbaycanın bu sahədə inkişafına, enerji təhlükəsizliyinin təminatına tam dəstək verir. Əgər ERRA çərçivəsində bu sahədə dayanıqlı planlar olmasa, ciddi problemlər yaranacaq. Bəllidir ki, Azərbaycan dünyada ən sürətlə böyüyən enerji ölkələrindən biridir”. ERRA rəhbəri Azərbaycan, Gürcüstan və Türkiyənin bütün sahələrdə əməkdaşlığını bölgədə ən etibarlı tərəfdaşlıq adlandırıb: “Bu, tək enerji sahəsində deyil, bütün sahələrdə baş verir. ERRA ilə bağlı baş verən dəyişiklər çox gözəl şəkildə baş verir. Biz bu yaxınlarda Azərbaycan Bərpa Olunan və Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə alternativ enerji mənbələri ilə bağlı yeni əməkdaşlıq müqaviləsi imzaladıq. ERRA üzvü olan dövlətlər su resurslarının enerji sahəsində istifadəsi üçün birgə əməkdaşlıqla bağlı razılığa gəliblər. Bu tədbirdə sadaladığım enerji və digər məsələlərin müzakirə olunması bizim üzv dövlətlər üçün mühüm əhəmiyyətə malikdir”.
Konfransda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanın regionun enerji təminatında rolundan, həyata keçirilən neft-qaz müqavilələrinin əhəmiyyətindən danışıb.
O, həmçinin neft-qazla yanaşı, Azərbaycanda alternativ və bərpa olunan enerjinin inkişafı sahəsində işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, ümumi enerji istehsalında alternativ və bərpa olunan enerjinin payının artırılması planlaşdırılır.
Konfransda çıxış edən Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili bildirib ki, Xəzər regionunda hasil edilən karbohidrogen ehtiyatlarının böyük hissəsi Gürcüstan vasitəsilə danışır. O qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq təqdirəlayiqdir: “Gürcüstan Azərbaycanın iqtisadi artımından yararlanmaqdadır. Həyata keçirilən layihələr ölkəmizin enerji təhlükəsizliyini xeyli möhkəmləndirdi”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info